Accessibility links

İran Kürdüstanında kürd dili tədris olunacaq


İranın Kürdüstan əyalətinin təlim-tərbiyə idarəsinin baş direktoru Rəşid Qurbani avqustun 18-də jurnalistlərlə görüşündə əyalətin orta məktəblərində tədris edilən bir sıra dərsliklərə kürd dilində əlavələr ediləcəyindən danışıb.
Rəşid Qurbani deyib ki, gələn ildən orta məktəb dərsliklərinə əlavə ediləcək kürd dilində materiallar üzərində iş gedir və bu dildə mətnlər hazırlanır: “Təhsil Nazirliyindən aldığımız icazəyə görə, gələn ildən Kürdüstan əyalətinin orta məktəblərində tədris edilən fars dili və ədəbiyyatı dərsliyinə kürdcə material və mətnlər əlavə ediləcək. Aldığımız qərara görə, fars ədəbiyyatı dərsliyinin üçdə bir hissəsi kürd dilində material və mətnlərə ayrılacaq.


Lakin dərsliklərin kürd bölümünə məxsus mətnlərin hazırlanması üzərində hazırda iş getdiyinə görə, hesab edirik ki, kürd dilində əlavələr, 2016-cı ilin oktyabr ayından şagirdlərin ixtiyarına veriləcək və onun tədrisinə başlanılacaq”.

Qeyd edək ki, son vaxtlar İran hökumətinin kürd dilinin məktəblərdə tədrisinə şərait yaratması barədə məlumatlar yayılmasına baxmayaraq, ana dilinin tədris olunması tələbi ilə dinc fəaliyyət göstərən onlarla azərbaycanlı fəal kütləvi şəkildə tutulur, uzunmüddətli həbslərə məhkum edilir.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG