Accessibility links

Kurt Volker: Krımda siyasi hüquqlar və azadlıqlar ciddi şəkildə məhdudlaşdırılıb


ABŞ-ın Ukrayna üzrə xüsusi nümayəndəsi Kurt Volker
ABŞ-ın Ukrayna üzrə xüsusi nümayəndəsi Kurt Volker

ABŞ-ın Ukrayna üzrə xüsusi nümayəndəsi Kurt Volker Krımın 2014-cü ildə ilhaqından sonra yarımadada “siyasi hüquqlar və azadlıqların ciddi şəkildə məhdudlaşdırıldığını” bildirib. Xüsusi nümayəndə onlayn mətbuat konfransı zamanı jurnalistlərin Ukrayna münaqişəsi, Krımın ilhaqı və Rusiya ilə danışıqlarla bağlı suallarını cavablandırıb.

Kurt Volker Birləşmiş Ştatların “Krımın Rusiya tərəfindən ilhaqı və Ukraynanın şimalında Donbasda hərbi əməliyyatların davam etdirilməsindən narahatlığını” bildirib.

“Biz Rusiyanı təkidlə Ukrayna dənizçilərini dərhal azad etməyə və Minsk razılaşmaları ilə nəzərdə tutulduğu kimi, həmin əraziyə nəzarətin Kiyevə qaytarılması üçün Ukraynanın şərqində münaqişənin sona çatdırılmasına dair danışıqları bərpa etməyə çağırırıq”, o bildirib.

Arxiv fotosu - ABŞ-ın Ukrayna üzrə xüsusi nümayəndəsi Kurt Volker Donbas regionunda Ukrayna hərbi qüvvələrinin üzvləri ilə görüşür, 15 may, 2018.
Arxiv fotosu - ABŞ-ın Ukrayna üzrə xüsusi nümayəndəsi Kurt Volker Donbas regionunda Ukrayna hərbi qüvvələrinin üzvləri ilə görüşür, 15 may, 2018.

Xüsusi nümayəndə Rusiyanın həmçinin Kerç boğazında Ukrayna dəniz donanmasına hücum etdiyini qeyd edib.

“Gəmilərə hücum və onların ələ keçirilməsi, eləcə də dənizçilərin həbs edilməsi beynəlxalq qanun çərçivəsindən kənara çıxır. Rusiya onları azad etməkdən imtina edib. ABŞ-ın Avropa müttəfiqiləri və Vaşinqtonla danışıqlar zamanı Moskva aydın edib ki, bunu Ukraynada prezident seçkilərinin keçirildiyi zaman etməyəcək. Mənə elə gəlir ki, insanları prezident seçkilərinə görə girov saxlamaq sinizmdir. Dənizçilər dərhal azad edilməlidir” – deyə, o bildirib.

Kurt Volker Ukraynada son illər milli kimliyin gücləndiyini qeyd edib. O bidirib ki, cəmiyyət daha çox Avropa və NATO tərəfdarıdır, eyni zamanda Rusiya əleyhinə əhval-ruhiyyə də güclənib. Onun sözlərinə görə, cəmiyyətdə məhz bu fundamental dəyişikilklər müstəqil pravoslav kilsəsinin yaranmasına gətirib çıxarıb. “Bu, insanlarda Rusiya Pravoslav kilsəsinə tabeçiliyə görə yaranmış qəzəb, təəssüf və narahatlıqlarla əlaqədar baş verib” -deyə, o bildirib.

Arxiv fotosu - Rusiya tərəfdarı üsyançı döyüşçülər üzərində qondarma Donetsk Xalq Respublikasının bayrağının dalğalandığı tanklarda, 21 oktyabr, 2015.
Arxiv fotosu - Rusiya tərəfdarı üsyançı döyüşçülər üzərində qondarma Donetsk Xalq Respublikasının bayrağının dalğalandığı tanklarda, 21 oktyabr, 2015.

ABŞ-ın xüsusi nümayəndəsi Ukrayanada prezidentliyə namizəd Yuliya Timoşenkonun Ukraynada sülhün olmamasına görə məsuliyyətin Qərbin üzərinə düşdüyünə dair ittihamlarının həqiqətə uyğun olmadığını hesab etdiyini deyib.

“Bu, doğru deyil. Rusiyalı həmkarlarla bütün danışıqlar və görüşlər Ukrayna, eləcə də Fransa və Almaniya ilə koordinasiya edilmiş şəkildə keçirilib. Ukrayna ilə bağlı danışıqların onlar olmadan keçirilməsi fikri yanlışdır. İkincisi, mən hesab etmirəm ki, siz Qərbi Ukraynada sülhün olmaması, ya da inkişafın baş verməməsində günahlandıra bilərsiniz. Yeganə ittiham edə biləcəyiniz Rusiyadır. Moskva əvvəlki kimi hərbi əməliyyata rəhbərlik edir. Bütün komandanlıq Rusiyanındır. Rusiya hərbi əməliyyatlarda iştirak edən muzdluları maliyyələşdirir. Kreml “xalq respublikası” kimi özü tərəfindən yaradılan mülki administrasiyanı maliyyələşdirir, amma bununla belə, Rusiya bunu etdiyini inkar edir və təkid edir ki, Ukrayna bu subyektlərlə birbaşa danışıqlara başlasın, bu isə müdaxilə və işğalın legitimləşdirilməsi deməkdir”, o bildirib.

Arxiv fotosu – Rusiyanın hərbi dəniz donanmasının vitse-admiral Zaxarin gəmisi Krımda Kerç boğazında, 28 noyabr, 2018.
Arxiv fotosu – Rusiyanın hərbi dəniz donanmasının vitse-admiral Zaxarin gəmisi Krımda Kerç boğazında, 28 noyabr, 2018.

Bununla belə, Kurt Volker Kiyevə Krımın qaytarılması üçün hərbi əməliyyat keçirməməsi ilə bağlı xəbərdarlıq edib. “Bu problemin hərbi həlli yoxdur. Bu, on minlərlə insanın həyatını itirə biləcəyi bir fəlakət ola bilər. Bununla yanaşı, yarımadanın Ukraynaya məxsus olduğuna dair hüquqi prinsipə əməl edilməsi, yerli insanlarla əlaqələrin davam etdirilməsi və Krım tatarlarının evi olan Krımın unikal mədəniyyətinin saxlanılması və Krımın yadda saxlanıb və tərənnüm edildiyi mühitin yaradılması həyati əhəmiyyətə malikdir” – deyə, o bidirib.

Xüsusi nümayəndə Ukraynanın NATO üzvlüyü ilə bağlı sualları cavablandıraraq, bunun üçün bir sıra tələblərin, o cümlədən, demokratiyanın mövcud olması, islahatlar və korrupsiyaya qarşı mübarizənin vacibdliyini qeyd edib

“NATO-ya üzvlük Ukraynanın bu məsələlərdə nə qədər tez irəliləməsindən asılıdır. Bundan başqa, NATO hansı ölkəyə üzlük haqda dəvətin göndərilməsi haqda qərarı konsensus əsasında verir. Vacibdir ki, NATO öz prinsipial hazırlığını bildirsin, Ukrayna isə bu standarlara nail olmaq işində irəliləməyə davam etsin, o zaman bunun vaxtı gələcək və bunu etmək mümkün olacaq” – deyə, Kurt Volker bildirib.

XS
SM
MD
LG