Accessibility links

Küveytdə şiə məscidində hücumda əli olan 3 qardaş həbs edilib


Səudiyyə Ərəbistanı keçən ay Küveytdə məsciddə 27 nəfərin ölümü ilə nəticələnmiş intiharçı hücumunda əli olan üç qardaşın bu gün həbs edildiyini bildirilib.

May ayında Səudiyyə Ərəbistanında iki şiə məscidində həyata keçirilən oxşar intiharçı hücumlarının ardınca Küveyt şəhərindəki hücumun da məsuliyyətini İslam Dövləti qrupu öz üzərinə götürüb.

Səudiyyə Ərəbistanının dövlət. məxsus mediası daxili işlər nazirliyinin bügünkü açıqlamasına istinadən qardaşlardan birinin Küveytdə, digərinin isə ölkənin cənub-şərqindəki Taif şəhərinə ələ keçirildiyini bildirib. Üçüncü qardaş isə Səudiyyə-Küveyt sərhədində təhlükəsilzik qüvvələri ilə atışmadan sonra həbs edilib. Atışma zamanı iki təhlükəsizlik işçisi yaralanıb.

Nazilik dördüncü qardaşın Suriyada İslam Dövləti qrupunun yaraqlıları ilə birlikdə döyüşdüyünü bildirib.

XS
SM
MD
LG