Accessibility links

Küveyt 2015-ci ildə məscidi partlatmaqda təqsirli bilinən beş nəfəri edam edib


Küveyt 2015-ci ildə 27 nəfərin ölümünə səbəb olan və İslam Dövləti qruplaşmasının məsuliyyətini öz üzərinə götürdüyü şiə məscidinin bombalanmasına görə məhkum edilmiş beş məhbusu edam etdiyini bildirib.

Küveyt Dövlət Prokurorluğunun bəyanatında deyilib ki, məhbuslar Mərkəzi Həbsxanada asılıb. Prokurorların dediyinə görə, beş nəfər arasında məscidə hücum edən şəxs, qətlə görə məhkum olunmuş üç nəfər və narkotik satıcısı olub. Qətli törədənlərdən biri misirli, digəri küveytli, narkotik alverçisi isə Şri-Lankadandır.

Bəyanatda məscidə hücum edənin və ya məhkum olunmuş üçüncü qatilin milliyyəti göstərilməyib, lakin onların Küveytdə qanunsuz olaraq olduqları bildirilib.

2015-ci ildə partlayış Küveytin ən qədim şiə məscidlərindən birində cümə namazı zamanı baş verib. Həmin vaxt həm Suriyada, həm də İraqda geniş ərazilərə nəzarət edən İslam Dövləti qruplaşması hücumun məsuliyyətini öz üzərinə götürmüşdü.

Sünni ekstremist qrup şiələri ölümə layiq mürtədlər hesab edir. Bu, neftlə zəngin kiçik bir ölkə olan Küveytə son iyirmi ildən artıq müddətdə ilk silahlı hücum olub. Hücum çox güman ki, Küveytin sünni və şiə əhalisi arasında iğtişaşları qızışdırmaq məqsədi daşısa da, əks nəticə verib və Səddam Hüseynin 1990-cı il işğalından sonra görünməmiş milli həmrəylik hissini oyadıb.

Ekstremist qrup bir çox qüvvənin ağır hərbi kampaniyasından sonra artıq heç bir əraziyə nəzarət etmir, lakin Suriya və İraqda arabir hücumlar törətməkdə davam edir. Qrupun həmçinin bir sıra Asiya və Afrika ölkələrində filialları mövcuddur.

Küveytdə edamlar nisbətən nadir hallarda baş verir. Keçən ilin noyabrında yeddi məhbus ölümünə məhkum edilmişdi. Bundan əvvəl 2017-ci ildə biri də hakim ailənin üzvü olmaqla, yeddi məhbusa qarşı edam hökmü çıxarılmışdı.

Dünyaya Baxış

Dünyaya Baxış. ABŞ Rusiyaya qarşı sanksiyaları sərtləşdirir
please wait

No media source currently available

0:00 0:12:05 0:00

Amerika İcmalı

Amerika İcmalı. Azərbaycan-Ermənistan sülh prosesi. ABŞ-Ukrayna danışıqları.
please wait

No media source currently available

0:00 0:25:08 0:00
XS
SM
MD
LG