Accessibility links

Kvebek məscidində qətlə yetirilən 3 nəfərin dəfn mərasimi keçirilib


Kanadanın Kvebek şəhətində yanvarın 29-da İslam Mədəniyyət Mərkəzi məscidində baş vermiş terror zamanı qətlə yetirilən 6 nəfərdən üçünün dəfn mərasimi keçirilib.

Mərasimdə Kanadanın baş naziri Castin Trudo, millət vəkilləri, din adamları, minlərdə sadə kanadalı iştirak edib. Fevralın 3-də isə terrorda həaytını itirən digər 3 nəfərin dəfn mərasimi keçirilmişdi.

Aleksand Bissonnet
Aleksand Bissonnet

Kanadanın baş naziri deyib ki, ölkəsi gühansız qurbanları heç vaxt unutmayacaq.

Yanvarın 29-da Aleksandr Bissonnet adlı 27 yaşlı universitet tələbəsi İslam Mədəniyyət Mərkəzinin məscidinə silahlı hücum etmişdi.

Namaz vaxtı məscidə edilən hücum nəticəsində 6 nəfər ölmüşdü, 19 nəfər yaralanmışdı. Hadisədən sonra hücumçu həbs edilmişdi.

O, fevralın 21-də məhkəmə qarşısına çıxarılacaq.

XS
SM
MD
LG