Accessibility links

Birmanın de fakto lideri Aung San Suu Kyi ABŞ Konqresinin rəhbərləri ilə görüşüb


Birmanın de fakto lideri Aung San Suu Kyi ABŞ Konqresinin rəhbərləri ilə görüşüb. Görüş onun prezident Obama ilə Ağ Ev müzakirələrindən bir gün sonra baş tutub.

Birmanın sabiq müxalifət liderinin cədvəlində Nümayəndələr Palatasında azlıqların lideri Nensi Pelosi və əksəriyyət lideri Mitç Makonnellə görüşlər daxildir.

Aung San Suu Kyi bu axşam biznes liderləri ilə şam ziyafətinə qatılacaq. Daha sonra yuxarı sinif şagirdlərinin suallarını cavablandıracaq.

Dünən ABŞ prezidenti Barak Obama Ağ Evdə Aung San Suu Kyi ilə danışıqlardan sonra Birləşmiş Ştatların o ölkəyə qarşı tətbiq edtdiyi iqtisadi sansksiyaları aradan qaldırmağa hazır olduğunu deyib.

Bundan öncə Obama Konqresə ABŞ-ın 20 il öncə ölkədəki insan haqları pozuntuları səbəbilə Birmanın dayandırılan ticari imtiyazlarının bərpasına dair məktub yollayıb.

Aung San Suu Kyi 20 il əvvəl Birmada ev dustaqlığında qalıb.

Obama bəzi sanksiyaları 2013-cü ildə yüngülləşdirib və nəticədə Coca Cola və General Motors kimi ABŞ-ın bir neçə böyük şirkəti Birma iqtisadiyyatına daxil olub.

Birma və ABŞ arasında daha yaxın əlaqələr Obamanın xarici siyasət uğurlarından biri hesab edilir.

XS
SM
MD
LG