Accessibility links

Kyiv şaxtalı hava şəraitində "tamamilə qapanma" riski ilə üzləşir


Ukrayna rəsmiləri, ölkə boyu temperatur sıfır altına endiyi bir vaxt, Kyivdə “tam qapanma” barədə xəbərdarlıq edirlər.

Şəhərin meri Vitali Kliçko The Associated Press-ə müsahibəsində deyib ki, rəsmilər şəhərin elektrik şəbəkəsini bərpa etməyə çalışırlar.

Rusiyanın zərbələri Ukrayna paytaxtının elektrik şəbəkəsinə ciddi ziyan vurub. Ukraynanın baş naziri Denis Şmıxal bildirib ki, onlar şimalda paytaxt Kyivdən tutmuş cənubda Odessaya qədər ölkənin müxtəlif yerlərini atəşə tutmağa davam edirlər və Ukraynanın enerji sisteminin demək olar ki, yarısını darmadağın ediblər.

“Təəssüf ki, Rusiya Ukraynanın kritik mülki infrastrukturuna raket zərbələri endirməyə davam edir, dinc əhaliyə qarşı mübarizə aparır, onları qışda işıq, su, istilik və rabitədən məhrum edir.” O bunu Kyivdə Avropa Komissiyasının vitse-prezidenti Valdis Domrovskis ilə danışıqları zamanı söyləyib.

Ukrayna baş naziri əlavə edib ki, “Noybarın 15-də Rusiya Ukrayna şəhərlərinə təxminən 100 raket atıb. Bizim enerji sistemlərimizin demək olar yarısı çıxıb.”

Ukrayna Prezidenti Volodimir Zelenski cümə axşamı gecə müraciətində bildirib ki, ölkədə şaxtalı hava şəraiti hökm sürdüyü bir vaxt, təxminən 10 milyon insan elektriksiz və istiliksiz qalıb.

Ukrayna prezidenti deyib ki, 18 bölgədə, o cümlədən Kyivdə insanların elektriyi kəsilir. O əlavə edib ki, kommunal xidmət işçiləri “elektrik enerjisinin bərpası üçün hər şeyi edirlər.”

“Ukrenerqo” dövlət kommunal xidmətləri operatorunun baş icraçı direktoru Vladimir Kudritski Ukrayna dövlət televiziyasında deyib ki, “Biz mümkün uzun fasilələrə hazırlaşmalıyıq, lakin hazırda biz planlaşdırılan qrafikləri təqdim edirik və elektriyin uzun müddətə kəsilməməsi üçün hər şeyi edəcəyik.”

BMT idarəsi elektrik kəsilməsinin davam etməsi təqdirdə bu qış humanitar böhranın olacağından qorxduğunu bildirib.

Rusiya xəbər agentliklərinin məlumatına görə, Rusiyanın müdafiə nazirliyi bildirib ki, cümə axşamı Ukraynaya hücumlar hərbi və enerji infrastruturunu hədəf alıb. Nazirlik müdafiə və sənaye hədəflərini, o cümlədən “raket istehsal edən obyektləri ”vurmaq üçün uzun-məzilli silahlardan istifadə edib.

Bu arada isə Zelenski cümə günü Kyivdə Dombrovski ilə görüşərək ona Aİ-nin 2023-cü ildə Ukraynaya 18.5 milyard dollardan çox planlaşdırılan maddi yardım proqramına görə təşəkkür edib.

XS
SM
MD
LG