Accessibility links

Afrika liderlərinin ziyarəti zamanı Kyiv hücuma məruz qalıb


İyunun 16-da Ukraynanın paytaxtı Kyivdə Afrika dövlət başçılarından ibarət nümayəndə heyəti Ukrayna və Rusiya arasında sülh sazişi imzalamaq ümidi ilə hökumət liderləri ilə görüşərkən hava hücumundan müdafiə sirenləri səslənib.

Kyivin meri Vitali Kliçko sosial şəbəkədə bildirib ki, mərkəzdə yerləşən Podil rayonunda partlayış baş verib. “Raketlər hələ də Kyivə doğru uçur” – deyə, o, “Telegram” sosial media platformasında qeyd edib.

Cənubi Afrika Respublikasının Prezidenti Siril Ramaphosa Kyiv və Moskva arasında sülh razılaşması əldə etmək missiyasında ilk addım olaraq Ukrayna prezidenti Volodimir Zelenski ilə görüşməyə hazırlaşan Afrika sülh nümayəndə heyətinə daxildir.

Nümayəndə heyətinin digər üzvləri Seneqal prezidenti Meki Sall, Zambiya prezidenti Hakainde Hikilema və hazırda Afrika İttifaqına rəhbərlik edən Komor Adaları prezidenti Azali Assoumanidir.

Daha üç prezident sülh missiyasında iştirak etməli idi, lakin onlar bunun əvəzinə Konqo Respublikası, Misir və Uqandadan öz nümayəndələrini göndərəcəklər.

Qrup üzvlərinin cümə günü Zelenski ilə görüşəcəyi, daha sonra Rusiya prezidenti Vladimir Putinlə görüşmək üçün Rusiyaya gedəcəyi gözlənilir.

Reuters agentliyi Afrika sülh missiyasının Rusiya qoşunlarının geri çəkilməsi və Beynəlxalq Cinayət Məhkəməsinin Putini hədəf alan həbs qərarının icrasının dayandırılmasını əhatə edən sülh təklifləri və danışıqlar layihəsi ilə tanış olduğunu bildirib.

XS
SM
MD
LG