Accessibility links

Kyodo: Yaponiyanın baş naziri Şinzo Abe İran səfərindən imtina edib


Yaponiyanın baş naziri Şinzo Abe İran səfərindən imtina edib. Kyodo xəbər agentliyinin bildidiyinə görə, qərar Donald Trampın Tehrana qarşı sərt mövqeyindən sonra verilib.

İyul ayının 11-dən başlayacaq səfər son 40 ildə Yaponiya liderinin İrana ilk səfəri olacaqdı.

Xəbərə görə, Yaponiya əvvəlcədən əldə edilən razlığa baxmayaraq, səfərin baş tutmayacağını bildirib.

Yaponiyanın baş nazirinin sözçüsü Motosada Matano isə Reuters-ə Abenin səfəri barədə qərar verilmədiyini deyib.

Birləşmiş Ştatlar İranın enerji və bank sektorlarına qarşı sərt sanksiyaların tətbiq edilməsini planlaşdırdığını elan edib. ABŞ bildirib ki, İran hökuməti öz davranışınıı dəyişməli və “normal ölkə” kimi hərəkət etməlidir.

Dövlət Departamenti ABŞ sanksiyalarının ilk hissəsinin avqustun 6-da bərpa ediləcəyini bildirib. Bu sanksiyalarla İranın avtomobil sənayesi, ticarət, qızıl və başqa mühüm metal sənaye sahələri hədəf alınacaq.

Bildirildiyinə görə, ABŞ sanksiyalarının qalan hissəsi noyabrın 4-ü bərpa ediləcək. Bu sanksiyalar isə İranın enerji sektoru, neftlə bağlı transaksiyaları və İranın mərkəzi bankının transaksiyalarını əhatə edəcək.

ABŞ Yaponiyanı digər müttəfiqləri kimi İrandan xam neft alışını dayandırmağa çağırıb.

İranla sabit münasibətlərə malik olan Yaponiya əsasən o ölkənin neft mənbəyindən istifadə edirdi.

Kyodo xəbər agentliyinin bildirdiyinə görə, ABŞ-a bildirilib ki, Yaponiyanın ölkə iqtisadiyyatını risk altına alaraq, Tehrandan xam neft idxalını kəsmək və ya azaltması mümkün deyil.

Fikirləriniz

Show comments

XS
SM
MD
LG