Accessibility links

BMT nümayəndəsi Qırğızıstanda özbəklərə işgəncə verildiyini bildirir


BMT-nin yüksək səviyyəli rəsmisi bildirir ki, Qırğızıstanda təhlükəsilk qüvvələri iyun ayında etnik zəmində baş vermiş iğtişaşlardan sonra yüzlərlə özbəyi saxlayıb, bəzi hallarda onlara işgəncə verib

BMT-nin yüksək səviyyəli rəsmisi bildirir ki, Qırğızıstanda təhlükəsilk qüvvələri iyun ayında etnik zəmində baş vermiş iğtişaşlardan sonra yüzlərlə özbəyi saxlayıb, bəzi hallarda onlara işgəncə verib.

BMT-nin İnsan Hüquqları üzrə Ali komissarı Navi Pillay deyib ki, onun işçiləri yerli rəsmilərin qeyri-qanuni həbslər və zorla ifadə almaq məqsədilə həbs edilənlərə işgəncə verilməsi və pis rəftar kimi halların qarşısını almadığına dair məlumat toplayıblar. Bu məlumatlarda deyilir ki, saxlanılan şəxslər siqaretlə yandırılıb, onların dırnaqları çıxarılıb və tüfəngin arxası və dəyənəklə döyülüblər. Azı bir nəfərin pis rəftar nəticəsində öldüyü bidirilir.

Pillay bildirib ki, belə aksiyalar yerli və beynəlxalq qanunlara ziddir və Qırğızıstanın cənubunda sülhə təhlükə yaradır.

XS
SM
MD
LG