Accessibility links

Qırğızıstanda prezident seçkiləri keçirilib (YENİLƏNİB)


Qırğızıstanda prezident seçkiləri keçirilib (YENİLƏNİB)
Qırğızıstanda prezident seçkiləri keçirilib (YENİLƏNİB)

Qırğızıstanda 2010-cu ildə etnik zorakılıqlar və insan ölümülə müşayiət olan inqilabdan sonra ölkədə keçirilən ilk prezident seçkisində keçmiş baş nazirin digər namizədlərdən irəlidə olduğu deyilir.

Mərkəzi Seçki Komissiyasının üzvləri rəsmi deyil, ilkin nəticələrə görə, Almazbek Atambayevin 16 namizəd arasında irəli çıxdığını bildirib. Onun əsas rəqibləri keçmiş prezident Kurmanbek Bakiyev dövrü Fövqəladə hallar naziri olmuş Kamçibek Taşiyev və keçmiş spiker Adaxan Madumarovdur. Onların hər ikisi ölkənin cənub bölgəsindəndir. Tanınmış biznesmen, keçmiş baş nazir Almazbek Atambayev isə Qırığızıstanın şimal regionundandır.

Keçmiş prezident Bakiyev hakimiyyətdən salındıqdan sonra ölkəyə rəhbərlik edən Roza Otunbayeva seçkilərə qatılmayıb.

Seçki məntəqələri bağlanan kimi Madumarov səsverməyə etirazını bildirərək, jurnalistlərə minlərlə insanın qeydiyyatdan keçməsinə imkan verilmədiyi haqda şikayət edib. Digər namizədlər də təkrar səsvermə və qutuların bülletenlərin doldurulması kimi pozuntuların olduğu haqda məlumat veriblər.

Beynəlxalq müşahidəçilər bu iddialarla bağlı hələlik şərh verməyib.

Mərkəzi Seçki Komissiyası seçicilərin 60 faizinin səsvermədə iştirak etdiyini bildirib.

Namizədlərin heç biri bu günkü səsvermədən sonra səslərin 50 faizini toplaya bilməsə, noyabr ayında təkrar seçkilər keçiriləcək.

Qırğızıstanın keçmiş prezidenti Kurmanbek Bakiyev 2010-cu ildə aprel ayında 90-dan çox insanın ölümülə nəticələnmiş üsyandan sonra hakimiyyətdən devilmişdi. Bundan sonrakı həftələr qırğızlar və özbəklər arasında etnik zəmində baş vermiş toqquşmalarda təxminən 500 insan həyatını itirmişdi.

XS
SM
MD
LG