Accessibility links

BMT mülki vətəndaşların təhlükəsizliyi ilə əlaqədar Qırğızıstana xəbərdarlıq edib


Qırğızıstanın rəsmiləri Oş və Cəlalabad şəhərlərində etnik özbəklərə qarşı baş verən zorakılıqlar nəticəsində azı 170 adamın həlak olduğunu 1700-dən çox özbəyin isə yaralandığını deyirlər. Bu bölgədə 275 minə qədər qaçqının olduğu bildirilir.

BMT mülki vətəndaşların təhlükəsizli ilə əlaqədar Qırğızıstana xəbərdarlıq edib.BMT-nin Qaçqınlar Üzrə Agentliyi didərginlərin sayının arta biləcəyindən narahatdır. Qırğızıstanın cənubunda etnik zəmində baş verən zorakılıqların nəticəsində qurbanların sayı haqda dəqiq məlumat yoxdur.

Rəsmilər Oş və Cəlalabad şəhərlərində etnik özbəklərə qarşı baş verən zorakılıq hadisələri nəticəsində azı 170 adamın həlak olduğunu 1700-dən çox özbəyin isə yaralandığını deyirlər. Bu bölgədə 275 minə qədər qaçqının olduğu bildirilir. Xəbərlərdə kücələrdəki cəsədlərin sayının nə qədər olduğu və neçə insanın torpağa tapşırıldığı haqda məlumat olmadığı bildirilir.

Birləşmiş Ştatlar və BMT Qırğızıstanda baş verən zorakılıqları qınayır. Rusiya da bunu edib. Lakin buna baxmayaraq, beynəlxalq ictimaiyyət Qırğızıstanın qanlı hadisələrin qarşısının alınması üçün hərbi yardıma ehtiyacı olduğu barədə nə rəsmi, nə də qeyri rəsmi cavab verməyib.

Moskvadakı Özbək icmasının üzvü Şirzad Raxmanov Qırğızıstana təcili olaraq xaricdən yardımın lazım olduğunu deyir. Qırğızısıtan səfirliyində danışan Raxmanov deyir ki, özbəklər Özbəkistan sərhədində keçid üçün dəhliz yaradılmasını xahiş edirlər. Bundan əlavə isə o, evlərindən çıxa bilməyən özbəklərin qorunması üçün həmin bölgələrə hərbi qüvvə yerləşdirilməli olduğunu deyib.

Beynəlxalq humanitar yardım artıq yetişməkdə olsa da, silahlı şəxslərin mağazalarıa hücumlarından sonra ərzaq və suyun çatışmadığı deyilir. Çox sayda özbəyin həyatlarını qorumaq üçün hələ də zirzəmilərdə gizləndikləri bildirilir.

XS
SM
MD
LG