Accessibility links

"Lüksemburqun kəşfiyyat firması Karuana Qalizianın qətlinin arxasında Azərbaycanın olduğunu iddia edir"


İnsanlar qətlə yetirilmiş jurnalist Dafne Karuana Qalizianın şəkillərini nümayiş etdir
İnsanlar qətlə yetirilmiş jurnalist Dafne Karuana Qalizianın şəkillərini nümayiş etdir

Malta Today qəzetində "Lüksemburqun kəşfiyyat firması Karuana Qalizianın qətlinin arxasında Azərbaycanın olduğunu iddia edir" adlı məqalə dərc olunub.

Məqalədə bildirilir ki, Lüksemburqa Sandstone adlı özəl kəşfiyyat firması jurnalist Dafne Karuana Qalizianın ölümünün Rusiya və Azərbaycan dövlətinin birgə dəstəyi ilə təşkil olunmuş bir qətl olduğunu iddia edib.

Məqalənin müəllifi Metyu Vellanın sözlərinə görə, EUObserver qəzetinin əlinə keçən araşdırmanın bir çıxarışında Rusiya prezidenti Valdimir Putin və İlham Əliyevin Karuana Qalizianı çeçen qatil vasitəsilə öldürmək üçün sui-qəsd təşkil etdikləri bildirilib.

Kəşfiyyat firması Britaniyanın Chelgate adlı PR şirkəti tərəfindən işə alınıb. Chelgate özü həm də Malta höküməti tərəfindən onu Britaniyanın Nümayəndələr Palatasında "saxta xəbər" təhqiqatında müdafiə etmək üçün işə cəlb edilib.

Öldürülən jurnalist Dafne Qalisianın oğlu: "Azərbaycan höküməti bu korrupsiyanın iştirakçısı olduğunu inkar belə etmir"
please wait

No media source currently available

0:00 0:01:45 0:00

“Chelgate-in əsas məqsədi seçkilərə müdaxilədə ittiham olunan Britaniya şirkəti Stateji Kommunikasiyalar Laboratoriyaları (SCL) ilə leyboristlər hökümətinin HƏR HANSI hansısa əlaqələrisinin olduğuna dair itthamlar qarşı mübarizə aparmaq idi", məqalədə yazılır.

EUObserver-in dərc etdiyi təqdqiqatın bir çıxarışında deyilir ki, Sandstone firması Azərbaycan prezidenti İlham Əliyevin “Maltanın yüksək vəzifəli rəsmiləri, o cümlədən baş nazir Cozef Muskat və onların adadakı tərəfdaşları ilə danılmaz əlaqələri var.”

Sandstone həmçinin qətlin təşkilatçısının “dövlət orqanları ilə əlaqəsi olmayan təcrübəli peşəkar”ın olduğunu irəli sürür.

Azərbaycan prezidenti İlham Əliyev və Rusiya prezidenti Vladimir Putin
Azərbaycan prezidenti İlham Əliyev və Rusiya prezidenti Vladimir Putin

Karuana Qalizianın oğlu Metyu EUObserverə müsahibəsində bu çıxarışları “dəlilik” adlandırıb.

Məqalə müəllifi yazır ki, Sandstone-un iradəedici tərəfdaşı Frans Şneyder bir vaxtlar Lüksemburqun kəşfiyyat xidmətində əməliyyat idarəsinin rəhbəri olub. Amma o, bu hesabatdan xəbərdar olmadığını deyib. “Mən şirkətimin sizin təsvir etdiyiniz kimi bir hesabat hazırladığından xəbərdar deyiləm,” o EUObserver-ə bildirib.

“Chelgate-in İcmalar Palatasının komitəsinə yolladığı məktubun tam versiyası gizli olaraq qalır. Hökümət artıq şirkətin müştərisi deyil və Chelgate məxfi məlumatları yaymayacağına dair razılıq imzalayıb”, məqalədə yazılır.

Dafne Karuana Qalizia
Dafne Karuana Qalizia

“Malta İcmalar Palatası komitəsinə petisiya göndərərək parlament üzvlərinin SCL-in Muskatın Leyboristlər partiyasına xidmət verdiyini iddia edən “adı açıqlanmayan mənbələri” dinlədiyini bildirib”, məqalədə qeyd olunub.

Malta hökumət aparatının rəhbəri Kith Şembri polisin 2017-ci ildə jurnalist Dafne Karuana Qalizianın (Daphne Caruana Galizia) öldürülməsi ilə əlaqədar istintaqın davam etdiyi vaxt çərşənbə axşamı istefa verib. Bu haqda baş nazir Cozef Muskat jurnalistlərə açıqlamasında bildirib.

Bu, jurnalistin qətli ilə əlaqəli aparılan istintaqda yeni bir irəliləyişdir.
Kith Şembri istefa bildirişini baş nazirə şəxsən təqdim edib. Hələ ki istefa etməkdən imtina edən baş nazir isə "təlatümlü vaxtda" xalqa kömək etməli olduğunu bildirib.

Ölkənin ən nüfuzlu araşdırmaçı jurnalistlərindən biri olan Karuana Qalizia 2017-ci ilin oktyabr ayında evinin qarşısında bomba quraşdırılımış avtomobilin partladılması nəticəsində qətlə yetirilmişdi.

Bu qalmaqalda Azərbaycanın da adı hallanır. Belə ki, jurnalist Dafne Karuana Qalizia müxtəlif banklar və maliyyə qurumları vasitəsilə külli miqdarda pulların yuyulması və üçüncü ölkəyə göndərilməsi faktlarını araşdıraraq üzə çıxarıb. Göndərilən pulların mənbələri arasında Azərbaycan, Moldova və Rusiya da göstərilib.

Azərbaycan hakimiyyəti indiyədək bu iddiaları cavablandırmayıb.

XS
SM
MD
LG