Accessibility links

Lənkəranda saxlanılan ictimai fəallar sərbəst buraxılıb


Lənkəran rayon Məhkəməsi
Lənkəran rayon Məhkəməsi

Dünən, fevralın 1-də Lənkəran Dövlət Universitetinin (Bakıdan 272 kilometr cənub) qarşısında saxlanılan Tələbə Güc Mərkəzinin üzvləri Əhməd Məmmədli, Celil Zabidov, Orxan İsgəndərli, Samir Axundzadə bu gün, fevralın 2-də sərbəst buraxılıb.

Bu barədə Tələbə Güc Mərkəzi məlumat yayıb.

Tələbə Güc Mərkəzinin sədri Əhməd Məmmədli bildirib ki, ictimai fəallar Lənkəran Rayon Məhkəməsinin qərarı ilə azadlığa buraxılıb.

"Dünən saxlanılanda bizim barəmizdə karantin qaydaların pozulması ilə bağlı protokol tərtib olunub, deyilib ki, biz sosial məsafəni pozmuşuq. Bu isə tamamilə qanunsuz idi, çünki biz üç nəfər idik və sosial məsafə kifayət qədər çox idi. Cəlil Zabidov bu gün saxlanıldı. Biz məhkəmədə də bildirdik. Hakim bizim sözlərimizi nəzərə alaraq bəraət verdi".

Əhməd Məmmədli qeyd edib ki, dünən saxlanılandan sonra onlar Lənkəran Rayon Polis şöbəsinə gətirilib.

"Orada gecə saat 23:30-a qədər bizi sorğu-suala tutdular. Dedilər, siz müxalifətçisiniz, haradan maliyyələşirsiniz və sair. Bu gün günorta saatlarından sonra isə məhkəməyə gətirildik," o qeyd edib.

Fevralın 1-də Tələbə Güc Mərkəzinin sədri Əhməd Məmmədli Lənkəran Dövlət Universitetinin qarşısında təşkilatın bəyanatını səsləndirməyə gedərkən saxlanılıb. Təşkilat qeyd edir ki, bəyanat tələbələrin hüquqlarının pozulması ilə bağlı olub.

“Yanvar ayı ərzindəki imtahan sessiyası boyunca bütün ölkə universitetlərinin tələbələrinin illik təhsil haqqı ödənişilə bağlı problemləri yaşanıb. Tələbələrin ən çətin və ədalətsiz şərtlər altında imtahan verdiyi universitetlərdən biri də Lənkəran Dövlət Universiteti idi,” Tələbə Güc Mərkəzi bildirib.

Qurum iddia edir ki, imtahan sessiyası başlayan kimi müəyyən çətinliklər səbəbindən illik ödənişləri tamamlaya bilməyən tələbələrin imtahana buraxılmayacağı bildirilib.

Tələbə Güc Mərkəzi Lənkəran Dövlət Universitetinin tələbələri ilə həmrəylik nümayiş etdirmək üçün fevralın 1-də universitet qarşısında öz bəyanatını səsləndirmək qərarına gəlib. Bu zaman ictimai fəallar saxlanılıb.

Öz növbəsində, Lənkəran Dövlət Universiteti bildirib ki, nəticələrdən narazı olan tələbələrin şikayətlərinin araşdırılması üçün universitetin Apellyasiya Komissiyası yaradılıb.

Dünyaya Baxış

Dünyaya Baxış.Qubad Ibadoğlu ev dustaqlığına buraxılıb
please wait

No media source currently available

0:00 0:11:22 0:00
XS
SM
MD
LG