Accessibility links

Əl-Cəzirənin Çindəki müxbiri ölkədən qovulub


Çin dövlət mediası hökumətin bu həftənin əvvəli Əl-Cəzirə telekanalının reportyoru Melissa Çanın ölkədən çıxmasına dair qərarını müdafiə edib. Melissa Çan son 14 ildə ölkədən çıxarılan ilk əcnəbi jurnalistdir.

Kommunist Partiyasına bağlı Global Times bugünkü baş məqaləsində etiraf edib ki, rəsmilər Çana viza və press akreditasiyası verməmək üçün spesifik səbəb göstərməyib. Melissa Çan ingilis dilli telekanalın Çindəki yegəna müxbiri idi.

Baş məqalə Çanın jurnalist obyektivliyi barədə suallara qaldıraraq anonim mənbələrə istinad edir və onun "aqressiv siyasi mövqeyinin", habelə ölkədə xarici mediaya nəzarət edən Çin rəsmiləri ilə "gərgin əlaqələri"nin olduğunu bildirir.


XS
SM
MD
LG