Accessibility links

Özbəkistan İslam hərəkatı 28 nəfər əsgərin qətlinin məsuliyyətini öz üzərinə götürüb


Qrupun sözçüsü videoya yazılmış elanı ABŞ tərəfindən maliyyələşdirilən Radio Liberty şəbəkəsinə ünvanlayıb

Əl-Qaidə ilə bağlı Özbəkistan İslam hərəkatı bazar günü hərbi maşın karvanına hücum zamanı azı 28 nəfər əsgəri qətlə yetirən hadisənin məsuliyyətini öz üzərinə götürüb. Qrupun sözçüsü videoya yazılmış elanı ABŞ tərəfindən maliyyələşdirilən Radio Liberty şəbəkəsinə ünvanlayıb. O deyib ki, hücum tacik hökumətinin İslama qarşı sərt tədbirlərinə cavab idi. O, hökumətin məscidləri bağlaması, müsəlmanların həbsi və qadınların müsəlman örtüyü geyməsini qadağan etməsini qeyd edib.Tacikistanın müdafiə naziri bazar günün hadisəini terror aktı adlandırıb və hücumçuların taciklər, əfqanlar, pakistanlılar və çeçenlərdən ibarət olduğunu bildirib.Tacikistan rəsmiləri bu gün təhlükəsizlik qüvvələrinin hücumun arxasında olduqları ehtimal edilən yaraqlıların axtarışını davam etdirdiklərini bildirib.

XS
SM
MD
LG