Accessibility links

Əl-Qaidə tərəfindən girov götürülən yardım işçiləri azad edilib


Əl-Qaidə tərəfindən girov götürülən yardım işçiləri azad edilib
Əl-Qaidə tərəfindən girov götürülən yardım işçiləri azad edilib

İspaniyalı yardım işçiləri Əl-Qaidənin Məqrib qrupu tərəfindən girov götürülmüşdü

İspaniya hökumətinin bildirdiyinə görə, Mavritaniyada Əl-Qaidə qrupu tərəfindən keçən il girov götürülən iki yardım işçisi azad edilib. Yardım işçiləri Roq Paskal və Albert Vilaltanın azad edilməsi barədə xəbəri hökumət sözçüsü bu gün təsdiq edib. Sözçü baş nazir Hose Luis Rodrigez Zapateronun yaxın vaxtda açıqlama verəcəyini deyib.

Media xəbərlərində deyilir ki, İspaniya rəsmiləri Malidə oğurlanan Paskal və Vilaltanı vətənə aparmaq üçün Burkina-Fasoda gözləyilər. Əl-Qaidənin İslamçı Məqrib qrupu Paskal, Valalta və bir qadını keçən ilin noyabr ayında girov götürmüşdülər. Qadın bu ilin mart ayında azad edilmişdi.

XS
SM
MD
LG