Accessibility links

Laboratoriyada yetişdirilmiş sümük müvəffəqiyyətlə transplantasiya olunub [Video]


Laboratoriyada yetişdirilmiş sümük müvəffəqiyyətlə transpalansiya olunub
please wait

No media source currently available

0:00 0:01:54 0:00

Degenerativ sümük xəstəliyi olan insanlar üçün yeni ümid yaranıb. Bir qrup tədqiqatçı zədələnmiş çənə sümükləri olan insanlara müvəffəqiyətlə laboratoriyada yetişdirilmiş sümük hüceyrələri yerləşdiriblər.

Bu sümük hüceyrələri laboratoriyada xəstənin öz piy toxumasından yetişdirilib.

Daha sonra onlar çənəsindəki sümüyün dağıldığı insanlara yeridilib və bir müddət sonra bu hüceyrələr çənə ilə birləşərək yeni sümük yaradıb.

Bizim daha öncəki klinik tədqiqatımız üz-çənə sümüyü üzərində aparılmışdı. İndi isə əl-ayaq sümükləri üzərində klinik tədqiqat aparaçağıq. Bunun üçün də ilk əvvəl heyvanlar, yəni qoyunlar üzərində sınaq keçirməliyik.
Ora Burger

“Biz yeni sümüyün yaranması üzərində apardığımız klinik tədqiqatda nailiyyət əldə etdik, 11 xəstənin üz-çənə bölgəsində yeni sümüyün yaranmasında 100 faiz uğur əldə etdik və hər 11 xəstə diş implantı edə bildi,” deyə Bonus Bioqrupdan Ora Burger bildirir.

Bu üsul İsrailin Bonus Bioqrup şirkəti tərəfindən yaradılıb və komanda liderləri bunun təəccübə səbəb olacaq dərəcədə sadə və kifayət qədər sürətli prosedur olduğunu deyir.

“Biz defektin içərisinə yarı-bərk məhsulumuzu yeridirik və burada gördüyümüz kimi 12 həftə sonra sümük tam funksional olur, biz tamamilə bərk və güclü sümük görə bilirik,” deyə şirkətdən Atara Novak bildirir.

İndi isə bu komanda üsullarının insanların qol və ayaqlarındakı kimi uzun sümükləri bərpa edə bilməyəcəyini yoxlamaq üçün heyvanlar üzərində sınaq keçirir.

“Bizim daha öncəki klinik tədqiqatımız üz-çənə sümüyü üzərində aparılmışdı. İndi isə əl-ayaq sümükləri üzərində klinik tədqiqat aparaçağıq. Bunun üçün də ilk əvvəl heyvanlar, yəni qoyunlar üzərində sınaq keçirməliyik,” deyə Burger bildirir.

Əgər uğurlu olsa, bu üsul minimal dərəcədə müdaxilə ilə edilən təhlükəsiz sümük transplantasiyasında yeni eraya qapılar açacaq.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG