Accessibility links

Urmiyə gölü və Aral dənizi haqqında film çəkilir


İranın yarı-rəsmi Mehr agentliyi Urmiyə gölü və Aral dənizi ekoloji vəziyyətindən bəhs edən "Əkizlər" adlı sənədli filmin çəkilişlərinin başladığına dair məlumat yayıb.

Agentliyin bildirdiyinə görə, bu layihə Gənclər Kino Cəmiyyətinin Təbriz şöbəsinin dəstəyi ilə fəaliyyətə başlayıb. Filmin rejissoru Məhəmməd Əlimuradidir.

Ekspertlər böyük bir ekoloji fəlakət qarşısında olan Urmiyə gölünü bir zamanlar dünyanın ən böyük göllərindən biri olan, amma tədricən yox olan Aral dənizinin taleyinə bənzədir.

Böyük Göllər Araşdırmaları Jurnalı 2015 ilində “Aral Dənizi sindromu Urmiyə gölünü qurudur” başlıqlı bir elmi məqalə yayımlayıb.

Urmiyə gölünü Canlandırma Mərkəzinin katibi İsa Kəlantəri bu yaxınlarda hökümətin Urmiyə gölü üçün nəzərdə tutulmuş vəsaiti verməkdən imtina etdiyini bildirib.

XS
SM
MD
LG