Accessibility links

Millət vəkili: Urmiyə gölünün qurumasının 82%-i pis idarəçilikdən qaynaqlanır


Urmiyə gölü

Twitter sosial şəbəkəsində Urmiyə gölünün xilası kampaniyası və dinc etirazlara çağırışlardan sonra bəzi İran rəsmiləri və parlament üzvləri Urmiyə gölünün hökumət tərəfindən bərpası prosesi ilə bağlı açıqlamalar veriblər.

Urmiyənin İran parlamentindəki nümayəndəsi Ruhullah Həzrətpur öz Tvitter hesabında yazıb: “Dünya Urmiyə xalqının səsini eşitdi, amma dövlət adamları eşitmədi, Azərbaycan xalqı Urmiyə gölü üçün qan verdi, prezidentlər həmişə seçkilərdə xalqdan sui-istifadə edib, Rəisi hökuməti əslində Gölə bir rial büdcə də vermədi."

İran televiziyası ilə söhbətində o, hökumətlərin Urmiyə gölünün xilası məsələsindən Azərbaycan xalqına qarşı sui-istifadə etdiyini bildirib. Bununla onun dövlət başçılarının gölün canlandırması ilə bağlı təbliğat kampaniyalarında verdikləri və heç vaxt reallaşdırılmayan vədləri nəzərdə tutduğu güman edilir.

Mütəxəssislər yay mövsümün gəlişi və Urmiyə gölündə buxarlanma sürətinin artması ilə əlaqədar gölün cənub hissəsinin sentyabrın sonuna kimi tamamilə quruya biləcəyini bildirirlər. İran Azərbaycanı vilayətlərində ətraf mühit fəalları və vətəndaşlar arasında gölün qurumasının nəticələri ilə bağlı narahatlığın artması ilə hökumətin gölü xilas etmək üçün tədbir görməməsi böyük narazılıq doğurub.

Cəmiyyətdə yaranan narahatlıq İranın dövlət mediası ilə yanaşı yerli və milli orqanların rəsmilərinin Urmiyə gölü ilə bağlı şərhlər verməsinə səbəb olub.

Gölün canlandırma prosesi barədə İran İslam Respublikası Radio və Televiziyasına müsahibə verən İran parlamentində Urmiyənin nümayəndələrindən biri olan Ruhullah Həzrətpur deyib ki, “Mənim rəyimə görə, Urmiyə Gölü Canlandırma Mərkəzi gölün ölüm mərkəzidir." Bununla da o, Urmiyə gölü Canlandırma Mərkəzinin performansını sərt şəkildə tənqid edib.

O, həmçinin rəsmi mənbələrə istinadən Urmiyə gölünün qurumasının 18%-nin təbii səbəblərdən və iqlim dəyişikliyi, qalan 82%-nin isə gölün su hövzəsinin su ehtiyatlarının düzgün idarə olunmaması ilə bağlı olduğunu bildirib.

Həzrətpur həmçinin bildirib ki, Urmiyə gölünün Canlandırma Mərkəzi yaradılandan bəri gölün suyunun səviyyəsi 50 sm qalxıb ki, bu da yaz mövsümü ilə əlaqədardır və bu mövsümdə yağıntıların artması təsirli olub.

Urmiyənın İran parlamentindəki nümayəndəsi gölün ərazisinin demək olar ki, Tehran vilayətinin 7 qatı olduğunu və onun quruması halında, çox böyük bir ərazinin bir çox problemlərlə üzləşəcəyini bildirib. O həmçinin əlavə edib ki, bu məsələ sadəcə bölgədəki vilayətlərin problemi deyil və Tehrana qədər böyük ərazini öz təsiri altına alacaq.

Dünyaya Baxış

Dünyaya Baxış. Zelenski BMT Baş Katibini və Türkiyə prezidentini Lvivdə qəbul edib
please wait

No media source currently available

0:00 0:13:32 0:00

Amerika İcmalı

Amerika İcmalı. ABŞ Finlandiya və İsveçin NATO-ya qəbulunu bir addım daha yaxınlaşdırır.
please wait

No media source currently available

0:00 0:29:21 0:00
XS
SM
MD
LG