Accessibility links

Aral gölündə yayılan xəstəliklər Urmiyə gölü ətrafında da müşahidə edilir


İsa Kəlantəri

Urmiyə Gölünü Canlandırma Mərkəzi-nin katibinin söylədiklərinə əsasən, Aral gölünün quruması ilə meydana gələn dəri və tənəffüs orqanları xəstəlikləri və bəzi digər ölümcül xəstəliklər Urmiyə gölü ətrafında da görünməkdədir.

İsa Kəlantəri Urmiyə Gölündə dəri və tənəffüs orqanları xəstəliklərini ortaya çıxaran toz dumanlarının iki növ olduğunu qeyd edib; gölün kənarlarındakı quruluq səbəbi ilə meydana gələn toz dumanları və gölün daxili ilə əlaqəli olanlar.

Kəlantərinin açıqlamalarını Tasnim xəbər agentliyi yayıb.

Ekspertlər və yerli jurnalistlərin yaydığı məlumata görə, gölün quruması ilə ortaya çıxan xəstəliklər sadəcə toz dumanları ilə əlaqəli olanlar deyil. Bölgədəki su qıtlığı da bir çox yoxsul kənddə çirkli su vasitəsilə meydana gələn xəstəliklərin yayılmasına səbəb olur.

Çirkli sularda mövcüd olan xəstəliklər üzündən hər il dünyada iki milyona yaxın insanın həlak olduğu və ya vəba kimi xəstəliklərə tutulduğu bildirilir. Ekspertlər bir çox uşaq xəstəliklərinin də təmiz suyun olmaması ilə əlaqəli olduğunu qeyd edirlər.

Dünyaya Baxış

Dünyaya Baxış. Azərbaycanda hərbi helikopter qəzasında 14 hərbçi həlak olub
please wait

No media source currently available

0:00 0:10:34 0:00

Amerika İcmalı

Amerika İcmalı - 26 Noyabr 2021
please wait

No media source currently available

0:00 0:30:16 0:00
XS
SM
MD
LG