Accessibility links

"Terzo Millennio" - Lamborghini şirkətinin yeni brendi [Video]


"Terzo Millennio" - Lamborghini şirkətinin yeni brendi
please wait

No media source currently available

0:00 0:02:24 0:00

"Terzo Millennio", yaxud “Üçüncü Minillik” İtaliyanın Lamborghini avtomobil şirkətinin yeni brendidir. Şirkətin nümayəndələri bu yeni dizaynı Massaçusets Texnologiya İnstitutunda nümayiş etdirib.

Gələcəyin avtomobilinin mühərriki Massaçutses Texnologiya İnstitutu ilə birgə dizayn edilib. Nəticə ekspertlərin gözlədiklərindən daha yaxşı olub.

"Terzo Millennio" fəza gəmisinə bənzəyir.

Bu avtomobilin elektrik bloku var və avtomobilin təkərlərləri elektrik mühərriki vasitəsilə hərəkət edir. Avtomobilin yanacağı isə müasir super enerji mənbəyi tərəfindən təchiz ediləcək.

Lamborghinin dizayneri Mitya Borkert özünün yeni modelini Massaçutses Texnologiya İnstitutunun hər il keçirdiyi “Yüksək Texnologiyanın Konfransı”nda nümayiş etdirib.

Bu model unikal texnologiyalardan biri karbon liflərindən düzəldilmiş “özünü sağaldan” maşındır. Bu, nanotexnologiyadan istifadə etməklə maşına dəyən ziyanı ölçməyə və təmir sistemi yaratmağa imkan verir. Cızıqlar və çatlar avtomatik olaraq defektləri qapadan xüsusi maye ilə doldurulur. Yanacaq isə müasir super enerji mənbəyi tərəfindən təchis ediləcək. Mitya Borkert: “İdeya ondan ibarətdir ki, biz iki labotratoriya açırıq. Məsələn, biri müasir materiallar üçündür. Siz bu avtomobilə baxanda görürsünüz ki, bütün xarici görünüş gələcək üçün potensial bir enerji mənbəyidir. Məsələn, burada karbon lifləri var, karbon lifləri içərisində nano-borular var və avtomobilin xarici görünüşü əlavə bir batareya ola bilər.”

Lamborghinin bu prototipi bir sıra inqilabi texnologiyaları nümayiş etdirir. Enerji blokunun dizaynında, elektrik enerjisinin yığılması supercapacitor və blokları avtomobil yanacaq üçün istifadə olunur. Bu yeni super-avtomobili enerji qorunması üçün batareya ilə yanaşı 4 elektrik mühərriki ilə işləyir. “Əlbəttə bu avtomobil sabah buraxılmayacaq. Bu avtomobili gələcək üçün nəzərdə tutmuşuq. Mən bu avtomobilin gələcək nəsil üçün motivasiya olmasını istəyirəm. Bu super maşındır.”

"Terzo Millennio" gələcək bir neçə il ərzində şoulara çıxarılmayacaq. Yeni texnologiya və ixtiralar tədricən Lamborqini modellərində istifadə ediləcək.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG