Accessibility links

Laparoskopiya əməliyyatında istifadə olunan maqnitli cihaz [Video]


Laparoskopiya əməliyyatında istifadə olunan maqnitli cihaz
please wait

No media source currently available

0:00 0:01:31 0:00

Minimal müdaxilə ilə edilən laparoskopiya əməliyyatı artıq bütün dünyada praktikaya qoyulub. Daha yaxşı və dəqiq alətlərlə cərrahlar xəstənin qanaxma və ağrılarını azaldacaq yeni prosedurlar inkişaf etdirirlər. Çilidən olan bir doktor və onun komandası kəsiklərin sayını azaldacaq yeni üsul icad edib.

Öd kisəsinin çıxarılması dünyada ən çox edilən əməliyyatlardan biridir və zaman keçdikcə minimal müdaxiləli laparoskopik üsulla həyata keçirilir.

Daha az kəsik olduğu üçün bu üsul xəstələrin xoşuna gəlir. Pasientlər üçün içəridə olandan daha çox əməliyyatın estetikliyi vacibdir, ona görə də bu üsul onlar üçün daha yaxşıdır.

Ənənəvi laparoskopik üsülla qarında dörd kiçik dəlik açılır. Bu kəsiklərdən cərrahlar qarın boşluğuna kiçik kamera və işıqları olan zond və alətləri salırlar.

Yeni təkmilləşdirilmiş üsulla isə qarına sadəcə göbəkdən giriş tələb olunur. Bu da bədənə daxil olan alətlərin hərəkət sahəsini məhdudlaşdırır.

Amma dışarıdan çox güclü maqnitin yardımı ilə yerini dəyişə bilən kiçik cihaz əməliyyat sahəsini genişlədir.

“İçəri daxil olandan sonra hərəkət edə biləcəyin daha böyük sahə olur və cərrahın əlində daha müxtəlif cəhətli, daha yaxşı görə bilən və əməliyyatı daha yaxşı yolla həyata keçirən alət olur.”

Öd kisəsinin asanlıqla ayrılıb bir nöqtədən çıxarıla bilinməsi üçün yeri dəyişdirilir. Bunun xəstələrə faydası isə çox aşkardır.

“Bir-iki dəfə belə əməliyyat etmişəm. Daha az kəsik olduğu üçün bu üsul xəstələrin xoşuna gəlir. Pasientlər üçün içəridə olandan daha çox əməliyyatın estetikliyi vacibdir, ona görə də bu üsul onlar üçün daha yaxşıdır.”

Bu ilin əvvəlində ABŞ-ın Qida və Dərman Adminsitrasiyası bu yeni üsulun Amerikada praktikaya qoyulmasına icazə verib.

ABŞ-ın Laparoendoskopik Cərrahlarlar İcması isə doktor Navarronu “2016-ci ilin icadı” mükafatı ilə təltif edib.

XS
SM
MD
LG