Accessibility links

Larryland fermasında unikal təcrübə [Video]


Larryland fermasında
please wait
Embed

No media source currently available

0:00 0:02:41 0:00

Larryland fermasında

Larryland ferması Amerikadakı çoxsaylı fermalardan yalnız biridir. Burada müxtəlif bostan və bağ məhsulları yetişdirlir.

Çoxsaylı müştərisi olan bu fermada demək olar ki, giləmeyvələrin bir növləri, alma, pomidor, albalı, kələm, qarğıdalı, qabaq, çuğundur və digər çoxçeşidli meyvə-tərəvəz görmək olar. Məhsullar yetişdiyi vaxta uyğun olaraq toplanılır.

Bəs mövsüm nə zaman başlayıb, nə zaman bitir?

“Adətən mövsüm may ayının axırından xatirə günü bayramı ilə başlayır. Bu il bir həftə tez açıldıq. Mövsüm müxtəlif çeşidli alma növlərinin yığımı ilə başa çatır," fermanın əməkdaşı deyir.

Ailə biznesi olan belə fermalar 6 aya yaxın fəaliyyəti dövründə məktəb və ya kollec tələbələrini işə qəbul edir.

Amerikalılar arasında albalı çox da populyar deyil. Fermanın albalı bağına daha çox ölkələrində bu meyvə ilə tanış olan mühacirlər gəlir.

“Biz buraya nənəm üçün albalı toplamağa gəldik. O , İrandan gəlməlidir. Düşündük ki, bu yolla o özünü evdə hiss etmiş olar,” gənc oğlan Amerikanın Səsinə deyir.

40 il əvvəl bir hektarlıq sahə ilə biznesə qatılan Larriland bu mövsüm 8000 skarlet, 30 min Qaletta çiyələk kolu, 850 kiloqrama yaxın pomidor toxumu, 600-dən artıq 14 min şirin soğan və digər məhsullar əkilib. Bir sözlə saymaqla bitirmək olmaz.

Fermanın "Qırmızı Anbar" adlanan marketi də alış-veriş üçün çox əlverişlidir. Burada hətta necə deyərlər kənd yumurtası da tapmaq mümkündür.

Adətən fermalar biri-birinə dəstək məqsədi ilə biri-digərinin məhsullarını satışa çıxarır.

XS
SM
MD
LG