Accessibility links

Las-Veqas sakinləri yaralılara qan verir [Video]


Las-Veqas sakinləri yaralılara qan verir
please wait

No media source currently available

0:00 0:01:57 0:00

Las-Veqas qətliamından bir neçə gün keçmiş yerli sakinlər yaralılara qan vermək üçün hələ də saatlarla növbədə durur. Adi günlərdə qan ianəsi mərkəzləri 200-ə qədər insandan qan alırdısa, hazırda güllə qurbanları və onların ailələrinə dəstək olmaq üşün hər gün 700-ə qədər insan qan verir.

Növbə uzun, gözləmə vaxtı isə ondan da uzundur. Lakin buraya gələn donorlar etiraz etmir. “Bazar günü baş verənlərdən çox məyus oldum. Buna görə də qurbanlara, ailələrinə və icmamıza dəstək olmaq üçün qan vermək qərarına gəldim” deyə, Las-Veqas sakini Rene Li bildirir.

Mərkəzin qapısı hələ açılmayıb, lakin qan vermək üçün növbədə 100-dən artıq insan durub. Bəziləri buraya qan vermək üçün dünən də gəlib, 8 saat gözlədikdən sonra evlərinə dönməyə məcbur olub və bu gün yenə qayıdıb. Şəhərin digər sakini Anh Ha isə “Mən buraya kömək əlimi uzatmaq üçün gəlmişəm - qonşuma kömək üçün. Biz birləşib kömək əlimizi uzatmalıyıq” deyir.

Las-Veqasın kazinolardan kənardakı məhəlləsinin sakinləri deyirlər ki, turistlər buranı görmür, lakin burada görməli şeylər çoxdur. Stiven Kuli: “Bura insanların yalnız qumar oynamaq üçün kazinolara gəldiyi yer deyil, burada insanların bir araya gəldiyi icmalar var və biz sakinlərimizə həyan olmağı bacarırıq.”

Dil və mədəniyyət fərqlərinə baxmayaraq, bu, belədir. Las-Veqas sakini Min Yin: “Mən nələrin baş verdiyini xəbərlərdə gördüm və dəhşətə gəldim. Çox sayda insan ölmüş və yaralanmışdı. Mən hiss etdim ki, nəsə etməliyəm.”

“Burada hər cür insan görmək olar. Hər kəsin bir araya gəlib, nə isə etmək istədiyini görmək çox yaxşı işdir. Müxtəlifliyimizə baxmayaraq. biz daxilən eyniyik” deyə, şəhərə gələn turist bildirir.

Sakinlər deyirlər ki, kütləvi qırğından fərqli olaraq, donorların belə bir gözəl addımı dünyada yaxşılığın olduğunu da göstərir.

Dünyaya Baxış

Dünyaya Baxış.Qubad Ibadoğlu ev dustaqlığına buraxılıb
please wait

No media source currently available

0:00 0:11:22 0:00
XS
SM
MD
LG