Accessibility links

Polis qatilin Las-Veqasda qətliam törətməsinin səbəbini araşdırır [Video]


Polis qatilin Las-Veqasda qətliam törətməsinin səbəbini araşdırır
please wait

No media source currently available

0:00 0:02:23 0:00

ABŞ polisi qatil Stefen Paddokun Las-Veqasda kütləvi qətliam həyata keçirməsinin səbəblərini araşdırır, amma buna dair heç bir dəlil tapmayıb. Hadisə nəticəsində azı 59 nəfər ölüb, 600-ə yaxın insan yaralanıb. Şübhəli şəxsin qardaşı deyir ki, onun ailəsi də hər kəs kimi şok içindədir. ABŞ prezidenti Donald Tramp bazar günü baş verən qətliamı fəlakət adlandırıb. O, çərşənbə Las-Veqasa səfər etməyi planlaşdırır.

Hücumu törədən şəxs otel otağındakı pəncərədə dəlik açaraq izdihamlı konsert zalına atəş açıb. Şahidlər deyir ki, onlar güllə səslərini eşidəndə, atəşfəşanlıq olduğunu düşünüb. Səslərin silahdan gəldiyini anlayanda isə insanlar arasında çaxnaşma yaranıb.

“Bəziləri yerə yıxılırdı, bəziləri qışqırır, qaçırdı,” şahid Kristin bildirir.

Bir digər hadisə şahidi Vanessa “Biz qaçırdıq və mən hələ də, bunun doğurdan da güllə səsləri olduğundan əmin deyildim” deyir.

Korin isə deyir ki, “Ətrafımızdakı insanlar yerə yıxılmağa başladı”.

Las-Veqasda baş verən atışma ABŞ tarixinin bir insan tərəfindən törədilən ən ölümcül kütləvi qətliamı hesab edilir.

Bazar ertəsi prezident Tramp və vitse-prezident Mayk Pens xanımları ilə birlikdə Ağ Evin qarsısındakı çəmənlikdə qurbanlarını xatirəsini bir dəqiqəlik süküt ilə anıblar. Prezident bütün dövlət bayraqlarının endirilməsinə göstəriş verib.

Las-Veqasda ölənlər arasında insanlara qaçmağa və gizlənməyə yardım edən vəzifə başında olmayan polis zabiti olub.

Hadisədən sonra insanlar yaralılara qan vermək üçün növbəyə dayanıb. Ağ Evin mətbuat katibi Amerika xalqının Las-Veqas hücumuna reaksiyasını yüksək qiymətləndirib.

Las Veqas
Las Veqas

İslam Dövləti qrupu hücumun məsuliyyətini üzərinə alaraq, hücumçunun bir neçə ay əvvəl İslamı qəbul etdiyini bildirib. Lakin müstəntiqlər qatil ilə hər hansı bir qrup arasında əlaqənin olduğuna dair sübut aşkar etməyib.

“Bu şəxs tək hərəkət edib. Mən heç bilmirəm ki, bunun qarşısı necə almaq olardı”, deyə Şerif Cozef Lombardo bildirib.

Ailəsi Paddokun zəngin olduğunu deyir. O, qumar oynamağı və Floridada yaşayan anasına bahalı peçenye göndərməyi sevirdi. Onun heç bir kiminal tarixçəsi yox idi.

“Bu hücumu mənim qardaşım törədib. Mənə elə gəlir ki, sanki o bizi güllələyib”, deyə Erik Paddok bildirib.

Bu şəxs tək hərəkət edib. Mən heç bilmirəm ki, bunun qarşısı necə almaq olardı.
Cozef Lombardo

Ən son atışma insidenti qətliamların qarşısını siyasiləşdirmədən almağın yolları ilə bağlı müzakirələrə səbəb olub. Ekspertlər deyir ki, konsert məkanlarına daxil olmadan öncə çantaları təhvil vermək heç kəsin içəriyə silah sala bilməcəyini təmin edəcək. Amma Las Veqas qatili izdihama otel otağından atəş açıb.

“Bu, fərqli dinamikadır. Heç kəs qatilin belə bir mənzərəsi olan otaqda qalmasının qarşısını ala bilməzdi”, deyə Global Security (Qlobal Təhlükəsizlik) qrupunun baş icraçı direktoru Deyvid Katz bildirir.

Qatil, 64 yaşlı Stefen Kreq Paddok, Nevada ştatının Meskit qəsəbəsində yaşayan təqaüdçü idi. Onun 20-yə yaxın odlu silahı tapılıb.

XS
SM
MD
LG