Accessibility links

Las Veqasda dünyanın ən böyük istehlakçı texnologiyası sərgisi keçirilir


Las Veqasda dünyanın ən böyük istehlakçı texnologiyası sərgisi keçirilir
please wait

No media source currently available

0:00 0:01:59 0:00

Artıq yarım əsrdir ki, Las Veqasda keçirilən istehlakçı elektronikası sərgisi yeni cihazların əsas təqdimat məkanı hesab edilir.

Tədbirin təşkilatçısı – ABŞ-ın istehlakçı texnologiyaları assosiyasiyasıdır. Bu quruma daxil olan şirkətlərin illik dövriyyəsi 400 milyard dollar həcmində qiymətləndirilir.

Məlumatların qəbuledilməsi və əyləncə cihazları ənənəvi olaraq, sərginin aparıcı stendlərini tutur. Bu ilin əsas hitlərində biri LG şirkətinin yığılan televizorudur. Cənubi Koreya şirkətinin ABŞ nümayəndəsi Bob Loutonun sözlərinə görə, 65 düymluq və 4K rezolusiyalı cihazın yaradıcıları televizor dizaynında bir inqilaba imza atıblar.

Bob Louton, LG şirkətinin ABŞ nümayəndəliyi: “Daha öncə biz televizoru pəncərənin önündə və ya otağın mərkəzində yerləşdirə bilmirdik. İndi isə, buyurun. Televizor yığılaraq, qutuya yerləşir və pəncərənin önünü bağlamır. Filmə və ya verilişə baxanda isə o qutudan çıxır. Musiqi dinləmək, şəkillərə baxmaq, vaxtı və ya hava proqnozunu bilmək istəyəndə də, televizor qismən açıla bilər. Yəni ki, cihaz sizin həyat tərzinizə uyğunlaşır.”

Sərginin demək olar ki, hər bir nöqtəsində robotlar var. Burada tennis oynaya biləcəyiniz androidlərə və şəxsi köməkçilərə də rast gəlmək olar.

VxFly adlı Çin şirkəti isə uşaqlara üzməyi öyrədən elektron cihaz təqdim edir. Valideynlər bu cihaz üçün 199 dollar ödəməli olacaqlar.

Bu “ağıllı” çamadan hava limanında və ya vağzalda sahibini izləyəcək. Robotlaşdırılmış bilək də amputasiya yaşamış insanın əlini əvəz edə bilər.

Sərgi bir həftə davam edəcək.

XS
SM
MD
LG