Accessibility links

ABŞ hərbi donanması ilk lazer silahının yerləşdirilməsinə başlayır


Birləşmiş Ştatların Hərbi Dəniz Donanması özünün ilk lazer silahını hərbi gəmiyə yerləşdirməyə hazırlaşır.

Yeni ən müasir tipli lazer silahı pilotsuz təyyarələr və yüksək sürətli qayıqları vurmaq qabiliyyətinə malikdir. Bomba və raketlərdən daha ucuz başa gələn lazer silahını yalnız bir nəfər idarə edə bilər. Lazer silahı ABŞ-ın İran körfəzinə göndəriləcək USS Ponce sualtı gəmisinə yerləşdiriləcək.

ABŞ Hərbi Dəniz Donanmasının hazırladığı digər elektrik silahın isə tapançanı əvəz edə, ya da adi silahlara əlavə olaraq işlədilə biləcəyi deyilir. Bu silahdan atılan güllənin sürəti səs sürətindən 6 və ya 7 dəfə yüksəkdir.

Lakin hər iki yeni silahın nöqsanları var. Güclü yağışlar, atmosferdə güclü tozlanma və hava boşluğu lazer silahının zəif işləməsinə səbəb ola bilər. Elektrik silaha gəldikdə isə mərmilər atılan zaman böyük həcmdə elektrik enerjisindən istifadə edilməlidir.
XS
SM
MD
LG