Accessibility links

Cənubi Amerika dövlətləri Venesueladakı böhranı aradan qaldırmağa səy göstərir


Latın Amerikalı liderlər bildirir ki, onlar Venezuelada danışıqlar aparmaq üçün həmin ölkəyə nazirlik səviyyəsində nümayəndə heyəti göndərməyi planlaşdırır. Danışıqların keçən aydan bəri vüsət almış nümayişlərə son qoyulmasına kömək edəcəyinə ümid bəslənilir.

Nümayişlərdə bu günə qədər 25 insanın öldüyü xəbər verilir.

12 Cənub Amerika ölkəsinin xarici işlər naziri Çilidə görüşərək, iğtişaşlara son qoymaq üçün mümkün planları nəzərdən keçirdikləri vaxt, Karabobo ştatında nümayişlərdə ordu kapitanı da daxil olmaqla üç nəfər həlak olub.

Çərşənbə günü Venesuelanın paytaxtı Karakasda prezident Nikolas Maduronun əleyhdarları ilə milli gvardiya arasında toqquşma baş verib.

Prezident Maduronun etirazçıların istefa çağırışını rədd etməsi ərzaq qıtlığına, cinayətlərə və inflasiyaya etiraz edən nümayişçiləri daha da qəzəbləndirib.
XS
SM
MD
LG