Accessibility links

Rusiya - Ukrayna münaqişəsində son durum: 19 mart


A little girl is seen as people line up to board buses at the Medyka Polish-Ukrainian border crossing on March 18, 2022.
A little girl is seen as people line up to board buses at the Medyka Polish-Ukrainian border crossing on March 18, 2022.

Rusiya ilə Ukrayna arasında münaqişədə son durum (Vaşinqton vaxtı ilə):

10:39: Kyiv Independent xəbər verir ki, Ukrayna Müdafiə Nazirliyinin məlumatına görə, Rusiya üç həftə öncə hərbi müdaxiləyə başlayandan bəri Ukraynaya 1403 hava hücumu həyata keçirib və 459 raket atıb.

10:21: BMT Ukraynada Rusiyanın təcavüzü zamanı 874 mülki vətəndaşın, o cümlədən 64 uşağın öldürüldüyünü, 78 uşaq daxil olmaqla 1399 mülki vətəndaşın xəsarət aldığını xəbər verir.

10:10: CNN-nın xəbərinə əsasən, Rusiya Prezidenti Vladimir Purin Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğanla telefon danışığlında hər hansı atəşkəs razılığından öncə Ukraynaya tələblərini açıqlayıb.

10:00: CNN-in bildirdiyinə görə, ABŞ-ın hər iki partiyadan senatorlarından ibarət bir qrup Rusiyanın Ukraynaya hərbi müdaxiləsini müzakirə etmək üçün Almaniya və Polşaya səfər edib.

9:45: The Independent xəbər verir ki, Luqanskda Rusiyanın açdığı atəş nəticəsində bir qadın və iki uşaq ölüb.

9:36: Çexiyanın Baş Naziri Petr Fiala deyib ki, onun ölkəsi Rusiyanın Ukraynaya hərbi müdaxiləsindən qaçan “qadın və uşaqların” qayğısında qalacaq. The Guardian bildirir ki, Rusiyanın hərbi müdaxiləsi nəticəsində təxminən 3 milyon ukraynalı Aİ-nin şərq cinahında sığınacaq axtarır.

9:15: The Associated Press xəbər verir ki, Rusiya kosmonavtları Beynəlxalq Kosmik Stansiyaya Ukrayna bayrağında əks olunan mavi və sarı rənglərdə kostumlya yola düşüblər.

9:12: CNN-in məlumatına görə, Ukraynanın cənub-şərqində Zaporijyedə şənbə gündüz başlayandan komendant saatı bazar ertəsinə qədər davam edəcək. Bu barədə reli rəsmi məlumat verib.

5:50: The New York Times bildirir ki, Rusiya raketinin Mikolayivdə hərbi kazarmanı vurması nəticəsində 40-dan çox Ukrayna əsgəri ölüb

5:22: Rusiya ordusunun rəsmiləri şənbə günü deyib ki, onlar Ukraynanın şərqində silah anbarını hədəf almaq üçün ilk dəfə olaraq hipersonik raket atıblar.

5:10: Agence France-Presse bildiri ki, Dünya boyu ballet rəqqasları şənbə günü Ukrayna üçün ianə toplamaq və slüh mesajı göndərmək məqsədilə qala təşkil edəcək. İngiltərə Milli Operasının London Kolizeyində keçirilən tədbirin məqsədi müharibə qurbanlarına kömək edən Böyük Britaniya xeyriyyə kollektivi üçün 130 min dollardan çox pul toplamaqdır.

4:28: The New York Times xəbər verir ki, Filippin Prezidenti Rodriqo Duterte deyib ki, ölkəsi Rusiyanın Ukraynaya müdaxiləsi məsələsinə tərəf tutmayacaq.

4:09: Al Jazeera xəbər verir ki, şənbə günü Ukraynanın Luqansk regionunda təxliyələr üçün humanitar dəhliz açılacaq.

3:25: Rusiyanın FİFA-nın Rusiyanı gələn həftə futbol üzrə dünya çempionatının seçmə mərhələsindən uzaqlaşdıracaq qadağanı ləğv etmə cəhdi baş tutmayıb. Bu barədə ABC News məlumat verib.

2:47: BBC xəbər verir ki, Britaniyanın keçmiş baş naziri Qordon Braun Vladimir Putinin Ukraynadakı əməllərinə görə beynəlxalq tribunal qarşısına çıxmasını istəyir.

2:01: Al Jazeera xəbər verir ki, Rusiya qüvvələri Ukraynanın Azov dənizinə çıxışını kəsib. Ukrayna müdafiə nazirliyinin bunun müvəqqəti olduğunu deyir.

1:08: ABŞ-da qərargahlanan Qlobal İnkişaf Mərkəzi bildirir ki, Rusiyanın Urkaynaya hərbi müdaxiləsindən bəri artan enerji və ərzaq qiymətləri 40 milyondan çox insanı “ekstremal yoxsulluğa” sürükləyə bilər.

12:36: Reuters Mariupoldakı vəziyyəti belə təsvir edir: “Dağıntıların təmizləndiyi həyətlərdə ədyallara, paltolara və ya hər hansı bir örtüyə sarılmış cəsədlər var. Öldürülənlər çox vaxt ümumi məzarlarda dəfn edilirlər.

12:04: The Associated Press bildirir ki, Ukrayna Prezidenti Volodimir Zelenski deyir ki, Rusiya qüvvələri ukraynalıları onlarla əməkdaşlıq etməyə inandırmaq məqsədilə Ukraynanın böyük şəhərlərini blokada edib “humanitar fəlakət” yaradırlar.

O deyir ki ruslar təchizatların ölkənin mərkəz və cənub-şərqindəki şəhərlərə çatdırılmasının qarşısını alır.

“Bu, tamamilə düşünülmüş bir taktikadır,” Zelenski gecə yarısı xalqa video müraciətində bildirib.

XS
SM
MD
LG