Accessibility links

Latinoların ABŞ seçkilərinə təsiri


İspan mənşəli əhali ABŞ-da artıq ən böyük azlıq qrupuna çevrilməkdədir. Transformasiya bu səsvermə blokunun noyabrda keçiriləcək prezident seçkilərinə təsirini artırır.

Pew Araşdırma Mərkəzinin məlumatına əsasən latinolar hal-hazırda ABŞ-ın ümumi əhalisinin 17 faizini təşkil edir. Bu göstəricinin 2060-cı ildə 28.6 faizə çatacağı gözlənilir.

“Gallup Consulting”də Latın Amerikası üzrə mütəxəssis kimi çalışan Cerver Toresin sözlərinə görə, ABŞ-dakı son prezident seçkiləri latinoların səslərinin necə mühüm olduğunu göstərdi.

Pew Araşdırma Mərkəzinin bildirdiyinə görə, son prezident seçkilərində latinoların 72 faizi Barak Obamaya səs verib. Toresin sözlərinə görə, həmin seçkilər dövründə əldə olunmuş bu və digər məlumatlar latinoların əksəriyyətinin demokrat namizəd ətrafında cəmləşəcəyini göstərir.

“Gallup inc”-yə əsasən demokrat namizəd Hillari Klinton latino seçicilərin 60 faizi tərəfindən dəstəklənir. Respublikaçı namizəd Donald Tramp isə ispandilli əhalinin yalnız 14 faizinin rəğbətini qazana bilib.

XS
SM
MD
LG