Accessibility links

Latviyada tavanı uçan supermarketdə ölənlərin sayı artır [Yenilənib]


Latviya rəsmiləri supermarketin tavanının uçması səbəbindən üçü yanğınsöndürən olmaqla, ölənlərin sayının 47 nəfərə çatdığını bildirib. Hadisə zamanı 35 nəfərin də yaralandığı deyilir.

Xilasedicilər bu gün axtarış işlərini dayandıraraq, itkin düşənlərin yerini müəyyən etmək üçün yaxınlarından onların mobil telefonlarına zəng etmələrini xahiş etmişlər.

Ölkənin daxili işlər naziri Rixard Kozlovskis cümə axşamı paytaxt Riqa yaxınlığındakı 500 kv-metrlik supermarketin tavanının uçmasının tikinti işləri zamanı yol verilən xətalar səbəbindən baş verdiyinin ehtimal edildiyini deyib.
XS
SM
MD
LG