Accessibility links

Latviya bank sektorunda “kapital təmir” elan edir


Latviyanın baş naziri Krişyanis Karinış çərşənbə günü ölkənin maliyyə sektorunda nəzarəti gücləndirən üç göstərişə imza atıb.

Karinış fevralın 20-i mətbuat konfransı zamanı “Maliyyə sektorundakı öncəki kosmetik təmir kifayət deyil, kapital təmir lazımdır”, deyə bildirib. Latviyanın baş naziri bildirib ki, onun tərəfindən irəli sürülən Latviya maliyyə sektorunda nəzarətlə bağlı islahat 4 bənddən ibarətdir.

  • Kredit təşkilatları ilə bağlı qanunvericiliyə dəyişikliklər əlavə ediləcək: yeni düzəlişlər Latviyada pulların yuyulmasında iştirak edən banklar mövcud maliyyə sistemindən kənarlaşdıracaq.
  • Maliyyə bazarı və kapital komissiyasının rolu gücləndiriləcək. Struktur qarşısında maliyyə cinayətləri və pulların yuyulması ilə bağlı ciddi mübarizə aparmaq kimi vəzifə qoyulacaq.
  • Maaliyə bazarı və kapital komissiyasına daha çox müstəqllik veriləcək.
  • Prokurorluq və məhkəmələrə kiçik maliyyə pozuntuları əvəzinə daha böyük maliyyə fırıldaqları ilə bağlı işlərə diqqət ayırmaq tapşırılacaq.
  • Latviyanın baş naziri Krişyanis Karinş.
    Latviyanın baş naziri Krişyanis Karinş.

Son illərdə Latviyanın bank sektorunda korrupsiya və çirkli pulıarın yuyulması ilə bağlı bir neçə skandal olub. Rüşvət almaqla bağlı Latviya Bankının rəhbəri İlmar Rimşeviç həbs olunub. Eyni zamanda ABŞ höküməti çirkli pulların yuyulması cinayətində Latviyanın ən böyük banklarından olan ABLV Bankı ittiham edib. Avropa Mərkəzi bankı ilk öncə ABLV bankın maliyyə əməliyyatlarını məhdudlaşdırsa da, sonradan baş verən qalmaqal fonunda bankın likvidasiyası haqqında qərar qəbul edib.

Bundan əlavə çirkli pulların yuyulması ilə bağlı Danske Bank və Svedbank qalmaqalı da Baltikyanı digər ölkələri kimi Latviyadan yan keçməyib.

Bütün bu skandalların fonunda keçən ilin may ayından etibarən Latviyada çirkli pulların yuyulması ilə mübarizədə sərt qanun qüvvəyə minib. Qanun xüsusilə banklara saxta şirkətlər və riskli müştərilərə xidmət göstərməyi qadağan edib.

Latviyada iş quran bir sıra Rusiya şirkətləri bu cür riskli müştərilərdəndir.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG