Accessibility links

Latviya KQB arxivlərini açır


Latviyanın Milli Arxivi Latviya SSR Dövlət Təhlükəsizlik Komitəsinin skan edilmiş kartotekalarını yayımlayıb.

Dekabrda çap olunanlar;

  • 10612 casusun əlifba sırası ilə olan kartotekası. Burada xüsusi xidmətin fəaliyyətinə xitam verildiyi zaman fəaliyyətdə olan və ya kənarlaşdırılmış casusların adları, həmçinin Dövlət Təhlükəsizlik Komitəsinin 1-ci şöbəsinin SSRİ-dən xaricə getmək istəyən şəxslərin və müharibə baş verdiyi halda casusluğa cəlb olunmağa (“verbovka”) potensial namizədlərin adları var.
  • Xidmətlərin struktur bölmələrinə aid olan casusların siyahıya alındığı MTN-in statistik məlumatları (4141 kart);
  • Ştatdankənar işçilərin kartotekası (75 kart) ;
  • Latviya Kommunist Partiyası Mərkəzi Komitəsi ilə əlaqəli materialların təsviri;
  • KQB işçilərinin telefon kitabçası.

Sovet İttifaqı xüsusi xidmət arxivlərinin yayımını nəzərdə tutan KQB haqda qanuna müvafiq dəyişikliklər bu ilin oktyabrında Latviyada qəbul edilmiş və qüvvəyə minib.

Baltikyanı ölkələrin hökumətləri KQB arxivlərinin açıqlanmasını kommunist keçmişlə hesablaşmağın mühüm amili hesab edirlər.
Baltikyanı ölkələrin hökumətləri KQB arxivlərinin açıqlanmasını kommunist keçmişlə hesablaşmağın mühüm amili hesab edirlər.

2019-cuilin mayından etibarən dövlər arxivi internetdə Dövlət Təhlükəsizlik Komitəsinin fəaliyyəti ilə bağlı digər sənədləri də yayımlayacaq. Əsasən rus dilində və əllə yazılmış PDF formatında olan materiallarla veb brauzerdə kgb.arhivi.lv və ya www.arhivi.gov.lv saytında Aktualitātes və ya Virtuālās izstādes un digitālie resursi bölməsində tanış olmaq olar.

Məlumatlara ad, soyad, şəxsiyyət vəsiqəsi və ya şəxsi şəxsiyyət kodunu, email ünvanı, istifadəçi adı və şifrəsi kimi daxil etmiş və sənədləri istifadə etmək məqsədilə qeydiyyatdan keçdikdən sonra əldə etmək olar.

KQB ilə əməkdaşlıq etmiş bütün şəxslərin adları açıqlanacaq.

Rəsmi internet saytında bu ay dərc olunan kartotekanın 2019-cu ilin may ayında yayımlanacaq əməliyyat faylları və digər materiallar olmadan çox məhdud analitik imkanları olduğu bildirilir. Vuröulanır ki, adları açıqlanan şəxslərin KQB ilə əməkdaşlığı ifşa olunacaq, ancaq bu adamların necə əməkdaşlığa cəlb olunduğu və nə iş gördükləri aydın olmaya bilər.

Kartotekada olan fayllardakı məlumatlardan kimsə tərəfindən şərəf və ləyaqətin təhqir olunması məqsədilə sui-istifadə olunduu təqdirdə, həmin şəxs məhkəməyə müraciət edə bilər. Ancaq qanuna görə arxivdən heç bir sənədi silmək olmaz.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG