Accessibility links

Latviyada rusiyapərəst partiya parlament seçkisinə böyük ümidlə baxır


Riqada Kreml tərəfdarı "Harmoniya" partiyasının seçki reklamı

Oktyabrın 6-da Latviyada parlament seçkisi keçirilir. Seçkidə 16 siyasi partiya mübarizə aparır.

AzadlıqRadiosunun Reuters və digər qərb agentliklərinə istinadla verdiyi məlumata görə, rusdilli əhalinin maraqlarından çıxış edən “Harmoniya” partiyasının favorit olduğu bildirilir.

Avropa Birliyi və NATO-nun üzvü olan Latviyanın Rusiya ilə 270 kilometrlik sərhədi var.

Təxminən 50 il Sovet işğalında yaşayan bu ölkənin əhalisinin hazırda 25 faizi etnik ruslardır.

Ölkə Sovet İttifaqının 1991-ci ildə süqutundan sonra müstəqilliyini bərpa edib.

Son seçkilərdə Latviyada rusiyapərəst partiya qalib gəlsə də, digər partiyalar onunla koalisiyaya girmədiyindən hakimiyyətə gələ bilməmişdi.

Baş nazir Maris Kucinskis deyib ki, "biz yol ayrıcındayıq. Ya biz, ya da onlar yeni hökumət yaradacaqlar".

O qeyd edib ki, “Harmoniya” partiyasının birləşdiyi koalisiya hakimiyyətə gəlsə, Latviyanın Avropa Birliyi ilə münasibətləri və ölkənin daxili təhlükəsizliyində çox köklü dəyişiklik olacaq.

O bunu böyük təhlükə adlandırıb.

Fikirləriniz

Show comments

XS
SM
MD
LG