Accessibility links

Latviyanın baş naziri istefa verib


Latviyanın baş naziri istefa ərizəsini təqdim edib.

Laimdota Straucuma bu gün bildirib ki, o, "yeni ideyalar ehtiyac olduğu" üçün iki ildən sonra baş nazir vəzifəsində istefa verir. Onun istefası rəhbəri olduğunu hakim mərkəz-sağçı koalisiya daxilində çəkişmələrdən sonraya təsadüf edir. Onun istefasının detalları barədə isə başqa heç bir məlumat verilmir.

Prezident Raymind Vejonis bildirib ki, Avropada təhlükəsizlik vəziyyətini gərginləşdiyinə görə, o, yeni hokuməti formalaşdırmaq üçün dərhal bir nəfərin seçilməsindənsə, bütün siyasi partiyaların danışıqlar keçirməsini istəyir.

Latviya NATO və Avropa Birliyinin üzvüdür.

XS
SM
MD
LG