Accessibility links

Laura qasırğası güclənərək ABŞ sahilləri istiqamətində hərəkət edir


Sinoptiklrin bildirdiyinə görə, Laura qasırğası 4-cü kateqoriyaya qədər güclənərək, çərşənbə günü gecə və ya cümə axşamı səhər ABŞ-ın Körfəz sahilini vura bilər.

ABŞ-ın Milli Qasırğa Mərkəzindən verilən məlumata görə, çərşənbə günü səhər saatlarında Laura qasırğası Luiziana ştatının Leyk Çarls şəhərindən 510 kilometr, Texas ştatının Qalveston şəhərindən isə 540 kilometr məsafədə olub.

Milli Qasırğa Mərkəzi saatda 175 kilometr sürətlə hərəkət edən qasırğanın dağıdıcı gücünə görə qiymətləndirilən 5 kateqoriyada 2-ci kateqoriyaya olduğunu bildirib.

Meksika Körfəzi sahilinin şimal-qərbində qasırğa ilə bağlı xəbərdarlıqlar qüvvədədir.

Laura qasırğası Luiziana və Texasın bəzi bölgələrinə 30 santimetrə qədər yağışla müşayiət oluna bilər.

Texas və Luiziananın sahil bölgələrində yaşayan yarım milyondan çox insana evlərini tərk ertmək barədə göstəriş verilib. Üç il əvvəl eyni vaxtda Harvi qasırğasının dağıtdığı Hyuston şəhərinin sakinlərinə də könüllü olaraq evakuasiya edilmələri tövsiyə edilib.

Luiziana qubernatoru Con Bel Edvards və Texas qubernatoru Qreq Abbot ştatlarında fövqəladə vəziyyət elan edib.

Dünyaya Baxış

Dünyaya Baxış. ABŞ Rusiyaya qarşı sanksiyaları sərtləşdirir
please wait

No media source currently available

0:00 0:12:05 0:00

Amerika İcmalı

Amerika İcmalı. Azərbaycan-Ermənistan sülh prosesi. ABŞ-Ukrayna danışıqları.
please wait

No media source currently available

0:00 0:25:08 0:00
XS
SM
MD
LG