Accessibility links

Laurens Broers: Atəşkəsin yenilənməsi ilə kifayətlənmək olmaz


Londonda qərargahlanan Chatham House təşkilatının Rusiya və Avrasiya üzrə mütəxəssisi Laurens Broers Azərbaycan və Ermənistan qüvvələri arasında döyüşlərin intensivləşməsini Amerikanın Səsinə müsahibədə şərh edib.

Amerikanın Səsi: Qarabağ münaqişəsinin gələcək istiqamətlərini necə görürsünüz?

Laurens Broers: Biz hazırda çox təhlükəli və proqnozlaşdırıla bilməyən anları yaşayırıq. Hətta həftənin sonunadək harada olacağımızı görmək çox çətindir. Tərəflərin yalnız hərbi obyektləri hədəf aldıqlarını deməsinə baxmayaraq, raket zərbələri mülki əhali yaşayan nöqtələri vurması nəhəng psixoloji effekt doğurub. Baş verənlər aydın şəkildə konfliktin Dağlıq Qarabağın hüdudlarından kənara çıxmaq potensialını göstərir. Ermənistan və Azərbaycan arasındakı daha böyük müharibə Moskva və Ankaranın üzərinə nə etməli olduqları ilə bağlı təzyiq qoyacaq. Hələ ki, atəşkəsə çağırışlar olsa da bunun üçün hərbi yaxud siyasi məntiq yoxdur. Moskva və Ankaranın dolayı müharibəyə girməkdən çəkinmələri bu məntiqi doğura bilər. Ancaq Azərbaycan və Ermənistan tam miqyaslı müharibədə olduğu halda onların nə qədər təsir gücünə malik olduqları aydın deyil.

Amerikanın Səsi: Hazırkı əməliyyatların intensivliyini nəzərə alaraq inanırsınızmı ki, beynəlxalq ictimaiyyət bir vaxtlar donmuş konfliktin həll olunması üçün daha aktiv yanaşma sərgiləcəyək?

Laurens Broers
Laurens Broers

Laurens Broers: Təəssüf ki, yaxın tarix göstərir ki, yalnız adamlar ölməyə başlayanda, daha geniş beynəlxalq ictimaiyyətin diqqətini cəlb edir. Bu dəfə toqquşmaların miqyası diktə edir ki, daha çox diqqət nümayiş etdirilsin. Lakin biz atəşkəsin yenilənməsi ilə kifayətlənməli deyilik – bu, bir neçə ay yaxud il sonra sadəcə pozula bilər. Fundamental məsələlərə yönəlik yenilənmiş siyasi proses istiqamətində iş aparılmalıdır. Heç vaxt toplanmamiş Minsk Konfransı nəhayət keçirilməlidir ki, bu da tərəflərin təhlükəsizliyinə təminatı gücləndirə bilər. Cərəyan edən konflikt çoxtərəfli diplomatiya üçün litmus testidir, ancaq tərəflər arasında da buna təlabat olmaldır. Bir çox illər ərzində tərəflər münasibətlərin transformasiyası naminə təmas qurmaq əvəzinə ATƏT-in vasitəçiliyinin onlara döyüş meydanında qazandıqları, yaxud itirdiklərini verəcəklərini gözləyirdirlər.

Amerikanın Səsi: Dünya qüdrətləri Bosniyada Dayton Sazişinə oxşar Qarabağda da sülh razılığının həyata keçməsinə nail ola bilərlərmi?

Laurens Broers: Belə düşünmürəm. Dayton təkqütblü anın məhsulu idi ki, həmin vaxt sülh prosesini yerinə yetirmək mümkün idi. Hazırda Qarabağ münaqişəsində iki xarici maraqlı tərəf var ki, onlar öz nüfuzlarını genişləndirmək istəyirlər. Bunların ortaq mövqe tapacağını görmək çətindir. Lakin bir amil buna təsir göstərə bilər - əgər hər iki tərəfdə heç kəsin udub-uduzmadığına və hər iki tərəfin ağır itkilər verdiyinə dair hiss yaransa. Hər iki halda DQMV-nin (Dağlıq Qarabağ Muxtar Vilayəti) bünövrəsi Bolşeviklərin yaratdığı sülhə əsaslanır. O, Bolşeviklərin dövlət qurmaq maraqlarına uyğun gələn həll yolu idi, lakin nə erməniləri, nə də azərbaycanlıları razı salmadı. Sülhün tətbiq olunması əvəzinə həm ermənilərin, həm də azərbaycanlıların sahib çıxacağı daha tamam siyasi prosesə ehtiyac var.

Şərhlərə bax

XS
SM
MD
LG