Accessibility links

Havayda vulkan püskürməsi nəticəsində təxminən 20 nəfər xəsarət alıb


Bazar ertəsi Havayda vulkan püskürməsi nəticəsində turist qayığının üstünə lava axdıqdan sonra təxminən 20 nəfər xəsarət alıb və bir nəfərin ayağı sınıb.

Lava may ayının əvvəlindən bəri Havayın böyük adasında püskürməyə davam edən Kilauea vulkanından gəlir.

Rəsmilər turist qayıqlarının Sakit okeana axan lavanı izləmək üçün əraziyə çox yaxınlaşmamaqları barədə xəbərdarlıq edib.

Kilauea 1983-cü ildən bəri demək olar ki, fasiləsiz püskürməyə davam edir.

Lakin son vulkan püskürməsinin böyük və təhlükəli olduğu deyilir.

XS
SM
MD
LG