Accessibility links

Lavrov Maduroya dəstək bildirmək üçün Venesuelaya səfər edəcək


Rusiyanın xarici işlər naziri Sergey Lavrov Vaşinqtonun hakimiyyətdən getməsini istədiyi sosialist prezident Nikolas Maduroya dəstək nümayiş etdirmək üçün cümə günü Venesuelaya səfər edəcək.

ABŞ Karakası sanksiyalarla hədəf aldığı və onlarla başqa ölkə kimi müxalif siyasətçi Huan Quaydonu Venesuelanın qanuni müvəqqəti lideri olaraq tanıdığı vaxt Rusiya Maduroya ölkədəki siyasi böhranın qarşısını almada yardım edib.

Moskva Birləşmiş Ştatların Venesuelaya qarşı qoyduğu sanksiyaları qeyri-qanuni və zərərli kimi qınayıb. Venesuela müxalifəti isə Vaşinqtonu Maduroya iqtisadi, diplomatik və hərbi dəstək verdiyi üçün Rusiyaya təzyiqləri artırmağa çağırıb.

2004-cü ildən bəri Rusiyanın xarici işlər naziri olan Lavrov çərşənbə günü Meksikaya və ertəsi gün Venesuelaya getməzdən əvvəl Kubada dayanacaq.

Lavrovun Latın Amerkasına səfəri Birləşmiş Ştatların dövlət katibi Mayk Pompeonun Moskvanın öz təsir dairəsində hesab etdiyi keçmiş dörd sovet respublikaları - Ukrayna, Belarus, Qazaxıstan və Özbəkistana səfərindən sonraya təsadüf edir.

Dünyaya Baxış

Dünyaya Baxış. “Meydan TV” jurnalistlərinin saxlanıldığı bildirilir
please wait

No media source currently available

0:00 0:12:30 0:00
XS
SM
MD
LG