Accessibility links

Lavrov Rusiyanın raket sazişinin qorunması ilə bağlı danışıqlara hazır olduğunu deyir


Rusiya xarici işlər naziri Sergey Lavrov
Rusiya xarici işlər naziri Sergey Lavrov

Rusiya xarici işlər naziri Sergey Lavrov Rusiyanın Ortamənzilli Raket Sazişinin qorunması ilə bağlı danışıqlara açıq olduğunu, lakin bu ana qədər heç bir məsləhətləşmə təklifinin edilmədiyini deyib.

İllik Münhen Təhlükəsizlik Konfransında nümayəndələr qarşısında çıxış edən nazir bildirib ki, Qərbin sualtı qayıqlarının nüvəsizləşdirilməsi də danışıqlara daxil edilməlidir.

"Əlbəttə amerikalıların bəzi sualtı qayıqların nüvəsizləşdirilməsi qərarı ilə bağlı bizim narahatlıqlar da müzakirəyə daxil edilməlidir. Saziş bu cür nüvəsizləşdirməyə imkan verir. Lakin bu yalnız digər tərəfin texniki olaraq əmin ola biləcəyi şəkildə həyata keçirilməlidir. Bu ana qədər bizə heç bir əhəmiyyətli müzakirə təklif edilməyib, amma biz cəhdlərimə davam edirik.” - deyə Lavrov bildirib.

ABŞ və Rusiya arasında Ortamənzilli Raket Sazişi 500 və 5500 kilometr radiusu əhatə etmək gücünə malik olan nüvə başlıqlı ballistik raketlərin Avropada yerləşdirilməsini qadağan edir.

Lavrov həmçinin dünya problemlərinin həllində “maraqlara malik olanların klubu” əvəzinə müxtəlif tərəfli müzakirələrin keçirilməsi yanaşmasına əleyhinə çıxış edib. O deyib ki, bu, BMT-nin yaradılmasına səbəbinin qarşı gedir və bu təşəbbüsdən vaz keçilməlidir.

XS
SM
MD
LG