Accessibility links

Malayziya laynerinin qara qutusunun axtarışları davam edir


Hind okeanının cənubunda axtarış komandaları tez zamanda Malayziya laynerinin qara qutusundan gəldiyi ehtimal edilən siqnalın yerini yenidən müəyyən etməyə çalışır.

Avstraliya axtarışlarına rəhbərlik edən Anqus Hyuston bazar günü ABŞ-ın hərbi dəniz donanmasının cihazlarının qara qutudan gəldiyi ehtimal edilən iki fərqli akustik siqnaldan sonra heç bir siqnalın qeydə alınmadığını deyib.

Hyuston siqnal yenidən qeydə alınmayana qədər rəsmilərin okeanın dibinə axtarış aparmaq üçün sualtı qayıq göndərə bilməyəcəyini deyib.

Rəsmilər qara qutunun batareyasının 30 gün müddətində işlədiyini nəzərə alaraq, qara qutunun aşkar edilməsi üçün vaxtın bitəcəyindən ehtiyat edir. Bu gün laynerin yoxa çıxmasının bir ayı tamam olur.

Təyyarədəki çinli sərnişinlərin qohumları Pekində toplaşaraq, 30 gündür itkin düşmüş sərnişinlərin xatirəsini şam yandıraraq anıb.

Malayziya təyyarəsinin sərnişinlərinin qohumlarının yaratdığı komitəninn sözçüsü Stiv Vonq təyyarənin qalıqları tapılmayınca ümüdlərin kəsməyəcəyini deyib.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG