Accessibility links

Malayziya laynerinin qara qutusundan gəldiyi ehtimal edilən siqnal yenidən qeydə alınıb


Axtarış komandası Hind okeanında Malayziya laynerinin qara qutusundan gəldiyi ehtimal edilən siqnalları yenidən qeydə alıb.

Avstraliyada axtarışlara rəhbərlik edən Anqus Hyuston ABŞ donanmasına məxsus xüsusi indikatorun dünən fərqli zamanlarda iki siqnal qeydə aldığını deyib.

Daha da çox siqnalın qeydə alınmasının vacibliyini vurğulayan Anqus okeanın dibində robot sualtı qayığının qara qutunu axtarmasına başlaması üçün axtarış ərazisinin dəqiqləşdirilməli olduğunu deyib.

Rəsmilər qara qutunun batareyasının 30 gün davam gətirəcəyinə görə qara qutudan gələn siqnalın sönə bilməsindən ehtiyat edir.

Kuala Lumpurdan 239 sərnişinlə Pekinə istiqamət götürmüş Boeing 777-nin yoxa çıxmasından bir ay keçib.

Dünyaya Baxış

Dünyaya Baxış. ABŞ Rusiyaya qarşı sanksiyaları sərtləşdirir
please wait

No media source currently available

0:00 0:12:05 0:00

Amerika İcmalı

Amerika İcmalı. Azərbaycan-Ermənistan sülh prosesi. ABŞ-Ukrayna danışıqları.
please wait

No media source currently available

0:00 0:25:08 0:00
XS
SM
MD
LG