Accessibility links

Tarixi binaların bərpasında lazer kameradan istifadə olunur [Video]


Tarixi binaların bərpasında lazer kameradan istifadə olunur
please wait

No media source currently available

0:00 0:02:35 0:00

Bu gözəl kottec təxminən 1842-ci ildə tikilib və vətəndaş müharibəsi zamanı prezident Abraham Linkoln tərəfindən yay evi kimi istifadə olunub.

Bu otaqların birində Linkoln qulları azad edən bəyannaməni imzalayıb və beləliklə Birləşmiş Ştatlarda quldarlığa son qoyulub.

Tarixin bir parçası olan bu evi qoruyub saxlamaq çox vacibdir. Beləliklə Nyu-Yorkda yerləşən İtaka Kollecindən bir qrup kottecdə iki həftə vaxt sərf edərək divarları, qapıları, damı, bacaları və demək olar ki, hər şeyi lazer kamera ilə darayıblar.

Lahiyənin rəhbəri Maykl Rogers bildirir ki, kamera demək olar ki, bir heyətlik konservatoru əvəz edib.

Maykl Rogers: "Bir hər bir otağı içəridən iki yerdən darayırıq ki, otağın bütün hissələrini kameraya alaq. Və sonra evin xaricindən bütün binanı təqribən 12 fərqli bucaqdan ölçürük."

Rogers deyir ki, kameranı harda qurmağımızdan aslı olmayaraq, daranan bütün nöqtələr tikinti üçün nəzərdə tutulmuş koordinasiya sistemində eyni mövqedən görülür.
Softveyr bu bucaqları hesablayır və - bulud nöqtəsi - adlanan beş millimeter aralıqlarla miliyonlarla birləşmə nöqtəsi olan 3D şəkil meydana gətirir. Şəkilə istənilən istiqamətdən,içəridən, xaricdən baxıla bilər.

Bu araşdırmaçılara şəkli böyüdərək dəqiq ölçülər götürməyə imkan yaradır.
Linkoln Kottec qoruma meneceri Cefri Lari deyir ki, bu, lahiyələri qorumaq üçün mükəmməl yoldur.

Cefri Lari: "Biz müəyyən otağa daxil olub, hər hansı memarlıq hissəni seçib və sonra həmin memarlıq hissədə edilən dəyişikliklərin tarixçəsini görə bilərik."

Layihə İthaca Kolleci tərəfindən maliyələşdirilir. Roger deyir ki, o və onun komandası 95 min dollar qiyməti olan bu kamera ilə hələ də nələr etməyi öyrənirlər.

Cefri Lari: "Mənim üçün maraqlı olanı opur ki, görən biz bu kameranı daha yaxşı necə öyrənə, belə yerlərdə daha necə səmərəli işlədə, bütün hissələrin darandığından necə əmin ola bilərik."

Roger deyir ki, onun komandasının üzvləri təfsilatlı daranmış məlumatlardan fərqli nəsə tapmağa can atırlar.

XS
SM
MD
LG