Accessibility links

Əlcəzairdə nümayişçilərin polislə toqquşması nəticəsində iki tərəfdən də yaralananlar olub


Əlcəzairdə nümayişçilərin polislə toqquşması nəticəsində iki tərəfdən də yaralananlar olub
Əlcəzairdə nümayişçilərin polislə toqquşması nəticəsində iki tərəfdən də yaralananlar olub

İnsident müxalifət tərəfdarlarının hökumətin qoyduğu qadağaya əməl etməyərək nümayiş keçirmək cəhdindən sonra baş verib. Polis bu gün hökumət binası qarşısında etiraz aksiyası keçirməyə çalışan yüzlərlə nümayişçiyə qarşı dəyənəklərdən istifadə edib.

Əlcəzair paytaxtında nümayişçilər və polis arasənda qarşıdurma olub. İnsident müxalifət tərəfdarlarının hökumətin qoyduğu qadağaya əməl etməyərək nümayiş keçirmək cəhdindən sonra baş verib. Polis bu gün hökumət binası qarşısında etiraz aksiyası keçirməyə çalışan yüzlərlə nümayişçiyə qarşı dəyənəklərdən istifadə edib. Nümayişin təşkilatçılarının bildirdiyinə görə, 42 nümayişçi xəsarət alıb. Rəsmilər isə 7 polis əməkdaşının yaralandığını bildirib. İşsizlik səviyyəsi və yüksək ərzaq qiymətləri səbəbilə artan narazılıq bu ay ölkədə bir neçə etiraz nümayişinin keçirilməsinə səbəb olub. Qeyd edək ki, Tunisdə bu ay keçirilən oxşar nümayişlər prezident Zinə Əl Abidin Ben Əlinin devrilməsi ilə nəticələnib.

XS
SM
MD
LG