Accessibility links

Liderlər və diplomatlar BMT-nin gücləndirilməsinə həsr edilmiş sammitdə çıxış edəcək


Liderlər və diplomatlar iqlim dəyişikliyi, münaqişə və yoxsulluq da daxil olmaqla, bir sıra qlobal problemlərin həllində birgə işləmək barədə razılığa gəldikdən bir gün sonra BMT sistemini gücləndirmək üçün bazar ertəsi keçiriləcək görüşdə çıxış etməyə hazırlaşırlar.

BMT Baş Assambleyasının sessiyası BMT-nin Nyu-Yorkdakı baş qərargahındakı illik toplantıda növbə ilə çıxış edəcək dünya liderlərinin marafonuna başlamazdan bir gün əvvəl baş tutacaq.

Bazar ertəsi keçiriləcək “Gələcəyin Sammiti”ndə Ukrayna prezidenti Volodimir Zelenski, İranın yeni prezidenti Məsud Pezeşkian, ABŞ dövlət katibi Antoni Blinken, Çinin xarici işlər naziri Vanq Yi və Rusiya xarici işlər nazirinin müavini Sergey Verşinin də çıxış edəcək.

Nümayəndələr sülh və təhlükəsizlik, davamlı inkişaf, rəqəmsal əməkdaşlıq, insan hüquqları və gender kimi mövzuları əhatə edən "Gələcəyin Paktı" ilə bağlı yekun razılaşmanı bazar günü təsdiqləyib.

BMT-nin baş katibi Antonio Quterreş üzv ölkələri sazişi müharibələrə son qoymaq, BMT Təhlükəsizlik Şurasında islahatlar aparmaq, mədən yanacaqlarından imtina etmək, gəncləri dinləmək və beynəlxalq maliyyə sistemində islahatlar aparmaqla həyata keçirməyə çağırıb.

Quterreş bazar günü "Biz qapını açdıq. İndi bunun öhdəsindən gəlmək bizim ortaq məsuliyyətimizdir. Bunun üçün təkcə razılaşma deyil, həm də hərəkət tələb olunur" deyib.

Forum

XS
SM
MD
LG