Accessibility links

Livan helikopterləri Kiprdəki meşə yanğını ilə mübarizə səylərinə qoşulur


Rəsmi məlumata görə, Livan Avropa İttifaqına üzv Kiprin dağlıq ərazisində kilometrlərlə yanğınla mübarizə aparan İordaniya və Yunanıstana yardım etmək iki helikopter göndərəcək.

Kipr Xarici İşlər Nazirliyinin sözçüsü Teodoros Qotsis Associated Press agentliyinə bildirib ki, meşə yanğını bir neçə cəbhədə yenidən alovlanmağa davam etdiyi üçün qonşu Livanın iki helikopter göndərəcəyi gözlənilir.

Yunanıstanın iki “Canadair” təyyarəsi sahilyanı Limassol şəhərindən təxminən 17 kilometr şimaldakı dağlarda baş qaldıran yanğını söndürməyə yardım etmək üçün göndərilib. İordaniya iki “Super Puma” vertolyotu və Rusiya istehsalı “Mi26” vertolyotu də daxil olmaqla, özünə məxsus üç təyyarə göndərir. Çoxmillətli səylər 10 kvadrat kilometr ərazini əhatə edən alovla mübarizəyə yönəlib.

Yanğınsöndürmə səylərini koordinasiya edən Ətraf Mühit Nazirliyinin katibi Andreas Qreqoriu dövlət Kipr Xəbər Agentliyinə lazım gələrsə, əlavə hava dəstəyi üçün İsraillə danışıqların davam edəcəyini bildirib.

Yunanıstanın Mülki Müdafiə Nazirliyi 20 ton alovyavaşıdıcı maddəsinin Kiprə göndərildiyini bildirib.

Rəsmilər günortadan sonra gözlənilən güclü külək səbəbindən yanğının yenidən alovlana biləcəyindən narahat olduqlarını bəyan edib.

Daxili işlər naziri Konstantinos Ioannou Tvitter X hesabında şəxsi və dövlət mülkiyyətinə dəyən zərərin ilkin qiymətləndirilməsi üçün göstəriş verdiyini yazıb.

Rəsmilər ehtiyat tədbiri olaraq təxliyyə edilmələri barədə göstəriş verilən üç kəndin sakinlərinin evlərinə qayıtdıqlarını bildirib.

Forum

Dünyaya Baxış

DB 07 19 2024.mp4
please wait
Embed

No media source currently available

0:00 0:11:52 0:00
XS
SM
MD
LG