Accessibility links

Fələstinlilərin Livandakı qaçqın düşərgəsində qarşıdurma zamanı 5 nəfər ölüb


Livanın dövlət mediası və təhlükəsizlik rəsmiləri çərşənbə günü Livanın ən böyük fələstinli qaçqın düşərgəsində toqquşmaların şiddətləndiyini, nəticədə azı 5 nəfərin öldüyünü, 10-dan çox insanın yaralandığını bildirib. Çox sayda mülki vətəndaş təhlükəsiz ərazilərə qaçmaq məcburiyyətində qalıb.

Çoxsaylı atəşkəs razılaşmalarına baxmayaraq, sentyabrın 7-də cənubdakı Sidon liman şəhəri yaxınlığındakı Eyn Əl-Hilvə düşərgəsində döyüşlərin yenidən alovlanmasından bəri həlak olanların sayını 11-ə çatdırıb.

Dövlət Milli Xəbər Agentliyinin bildirdiyinə görə, yanğınsöndürənlər yaxınlığındakı hərbi postda alovla mübarizə apararkən düşərgənin küçələrində baş verən silahlı atəşma zamanı güllələr təsadüfən bir neçə yanğınsöndürən maşınına və düşərgənin kənarındakı yaşayış məntəqəsinə dəyib. Yanğının düşərgədəki döyüşlərlə əlaqəsi olmayıb.

Döyüşlər keçən həftə Eyn-Əl-Hilvədə Fələstin prezidenti Mahmud Abbasın "Fəth" partiyasının üzvləri ilə silahlı İslamçı qruplaşmalar arasında təxminən bir ay davam edən sakitlikdən sonra başlayıb.

"Fəth" və digər müttəfiq qruplar iyulun sonlarında düşərgədə partiyanın yüksək rütbəli hərbçisinin öldürülməsində ittiham olunan şübhəlilərə qarşı sərt tədbirlər görmək niyyətində idi.

NNA xəbər verib ki, çərşənbə günü öldürülən beş nəfərdən üçü "Fəth"in üzvü olub. Qarşıdurmalar zamanı 15 nəfərin yaralandığı bildirilib.

Fələstinin "Həmas" militant qruplaşmasının yüksək səviyyəli rəsmisi Musa Əbu Mərzuk toqquşmalara son qoymaq üçün çərşənbə axşamı Beyruta gedib.

Birləşmiş Millətlər Təşkilatının məlumatına görə, qanunsuzluq və zorakılığın hökm sürdüyü Eyn Əl-Hilvədə təxminən 55 min insan yaşayır.

Forum

XS
SM
MD
LG