Accessibility links

Livanda yollar təmizlənir


Baş nazirin istefası tələbi ilə günlərlə davam edərək ölkəni iflic vəziyyətinə qoyan nümayişlərdən sonra Livan əsgərləri və təhlükəsizlik rəsmiləri həyatın normal vəziyyətə qayıtması üçün oktyabrın 30-da bağlanmış yolları açmağa başlayıb.

Qoşunlar səhər tezdən nümayişçilərlə mübahisə etdikdən və nəqliyyatın hərəkətinə mane olan çadırları çıxardıqdan sonra Beyrutun şimalında olan əsas yolu təmizləyib.

Saad Əl-Həriri oktyabrın 29-da koalisiya hökumətini buraxaraq Livanın baş naziri vəzifəsindən istefa verdiyini elan edib. O, hakim elitaya qarşı böyük etirazlar nəticəsində baş verən böhranı həll etməyə çalışarkən hökumətin “dalana dirəndiyini” söyləyib.

Qərb və körfəzin sünni ərəb müttəfiqləri tərəfindən dəstəklənən Həririnin gedişi iləi Livan siyasi qeyri-müəyyənliklə üzləşib.

Etirazlar Livanın onsuz da ciddi iqtisadi problemlərini artırıb və banklar çərşənbə günü qapılarını bağlayıb.

Baş nazirin istefası etirazçıları təmin etmək üçün kifayət olmaya bilər.

Hökumətin istefası həmçinin hakimiyyətin güclü hərbi dəstələrə malik olan Hizbullah tərəfindən ələ keçirilməsinə gətirib çıxara bilər.

Livanda korrupsiya, dövlət pullarının düzgün idarə olunmaması və ölkəni 1975-1990-cu illərdə baş verən vətəndaş müharibəsindən bəri görünməyən iqitsadi böhrana sürükləməkdə ittiham olunan siyasi elitaya qarşı etirazlar 13 gündür davam edir.

XS
SM
MD
LG