Accessibility links

Ağıllı LED ayaqqabılar [Video]


Ağıllı LED ayaqqabılar
please wait

No media source currently available

0:00 0:01:26 0:00

Ağıllı telefonlar və ağıllı lampalar barədə eşitmişik. İndi isə artıq ağıllı ayaqqabılar da mövcuddur. Yaponiyalı mühəndis işıq saçan kompyuter ekranlarına dönən LED ayaqqabılar düzəldib. Bazarda artıq işıq saçan başqa ayaqqabılar olsa da, bu yeni ayaqqabılar daha qabaqcıldır.

Ayaqqabının içinə üç sensor yerləşdirilib – akselerometr, hiroskop və kompas. Ayaqqabılar kompyuterə bağlıdır və beləcə biz hərəkətdə olan ayaqqabıların dəqiq sürətini və bucağını ölçə bilirik.
Yuya Kikukava

Bu rəqqas yeni Orphe adlı LED ayaqqabılar geyinib. Bu qabaqcıl ayaqqabılar Yaponiyada bir elektrotexnik tərəfindən dizayn edilib.

“Biz insanların geyinə biləcəyi düzgün bir ayaqqabı düzəltmək istəyirdik. Biz ayaqqsbının rahat və dözümlü olmasını istəyirdik. Bunların hamısına nail olmaq isə çətin idi”, deyə ayaqqabının dizayneri Yuya Kikukava bildirir.

O, ayaqqabının dizaynının arxasındakı məntiqi başa salır.

“Ayaqqabının içinə üç sensor yerləşdirilib – akselerometr, hiroskop və kompas. Ayaqqabılar kompyuterə bağlıdır və beləcə biz hərəkətdə olan ayaqqabıların dəqiq sürətini və bucağını ölçə bilirik”, Kikukava söyləyir.

Hər bir işıq saçan altlıq 50 LED işıqla işıqlandırılır. Onların hər biri smartfon applikasiyası vasitəsilə idarə oluna bilir.

“Bu applikasiya həm iOS həm də Androidlər üçün pulsuzdur. Bura basaraq rənglərlə səs kombinasiyasını dəyişmək mümkündür”, Yuya Kikukava deyir.

Ayaqqabılar həm də elə proqramlaşdırılıb ki, istifadəçiyə email və ya mesaj gələndə onlar işıq saçır. Ayaqqabılar həmçinin istiqaməti göstərə bilir. Belə ki, istifadəçinin getməli olduğu yönü göstərmək üçün ayaqqabının sağ və ya solunda işıq yanır.

Gələcəkdə LED ayaqqabılara sağlamlıq applikasiyasının da əlavə olunacağı gözlənilir.

XS
SM
MD
LG